Prezidentin tövsiyyələri gənclərin uğurunda böyük rol oynayır - DEPUTAT ŞƏRH ETDİ
"Cənab Prezident İlham Əliyevin gənclərlə görüşü Azərbaycan dövlətinin və toplumunun gələcəyi ilə geniş söhbəti idi. Dövlət rəhbəri gənclərə böyük önəm verir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirdib.

Onun sözlərinə görə, gənclərin formalaşmasında nə dərəcədə millətinə və vətəninə bağlı olduğunun şahidi oluruq: "Gənclik bu gün uğurları ilə hər kəsi sevindirir. Prezident İlham Əliyevin gənclərə tövsiyyəsi onların uğurları üçün böyük rol oynayır. Ölkə başçımızın fəaliyyəti Azərbaycana böyük uğurlar gətirmişdi. Onun nəticəsi olaraq biz bütün dünyada öz siyasətimizi yeridərək ərazi bütövlüyümüzü təmin etmişik. Bütün bu məsələlərdə Ulu Öndər Heydər Əliyevin irsi böyük rol oynayır. Hər bir gənc bundan nümunə götürməklə öz həyatını qura bilər və ölkəmizin daha böyük uğurlar qazanmasında öz tövsiyyəsini verə bilər.
Gənclik bu gün onu əhatə edən reallıqlardan çox şey götürür. Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin uğur qazanmasında əvəsiz xidmət etmişdir. Həyatımızın elə bir sahəsi yoxdur ki, dahi şəxsiyyətimiz bu məsələdə parlaq iz qoymasın. Prezidentimiz bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Bunu biz öz real həyatımızda və beynəlxalq aləmdə çox yüksək səviyyədə görə bilirik. Hesab edirəm ki, Onun gənclərlə görüşündə dediyi fikirlər bundan sonra gənc nəsil üçün çox ciddi rol oynayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB