Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirus səbəbindən dünya hələ də təşviş içərisindədir. Bu xəstəlik bütün dünya ölkələrinə müxtəlif aspektlərdə öz təsirini göstərib və bu qlobal bəla heç bir ölkədən yan keçməyib. Təbii ki, 2019-cu ilin dekabr ayından etibarən yayılmağa başlayan virus ölkələrin iqtisadiyyatından tutmuş səhiyyəsinə qədər mənfi təsirləri ilə yadda qalıb və qlobal miqyasda iqtisadi geriləmələrlə yanaşı insan tələfatına da gətirib çıxardığı günümüzün reallığıdır. Elə bu səbəblərə görə, bütün dünya ölkələri bu problemlə birgə mübarizə aparır və xəstəliyin təsirlərini minimum endirmək üçün səylərini səfərbər edirlər.
Qeyd olunduğu kimi, koronavirus adlandırılan xəstəliyin fəsadları, mənfi təsirləri müxtəlif istiqamətlərdə özünü biruzə verib və hələ də verməkdədir. Məsələ burasındadır ki, bu xəstəlik ən başlıcası insanlar üçün həyati təhlükə hesab olunur və məhz bu xəstəlik səbəbindən bu vaxta qərər müşahidə olunan, qeydə alınan insan tələfatı da ən problemli məsələ olaraq bütün dünyanı narahat edir. Ən böyük narahatçılıq isə ondan ibarətdir ki, sözügerdən xəstəliklə mübarizə hələ də bitməyiv və koronavirus hələ də insanların həyatına son qoymaqda davam edir. Doğrudur, artıq bütün dünyanın bununla bağlı keçən müddət ərzində müəyyən təcrübəsi var, lakin bu xəstəliyin, koronavirusun bir-birinin ardınca peyda olan ştamları xəstəliyi törədən virusun mutasiyaya uğradığını təsdiqləyir və mübarizəni getdikcə daha da çətinləşdirir.
Əfsuslar olsun ki, bu xəstəlik Azərbaycandan da yan keçməyib və 2020-ci ilin əvvəlində ölkəmizin ərazisində COVİD-19-a yoluxma halları qeydə alınıb. Elə həmin andan etibarən bütün dünyada olduğu kimi, ölkəmizdə də bu xəstəliyə yoluxanların, xəstəlik səbəbindən vəfat edənlərin sayı bir müddət davamlı olaraq artdı və bu artım mümkün qədər minmuma endirildi. Ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu xəstəliyə, koronavirusa qarşı çox tez, çevik reaksiya verildi, tam vaxtında qabaqlayıcı tədbirlər həyata keçirildi, səhiyyə sistemi hazır vəziyyətə gətirildi, əczaçılıqla, dərman və digər tibbi ləvazımatların təminatı ilə bağlı mühüm məsələlər öz həllini tapdı, vətəndaşların sağlamlığının qorunması məqsədi ilə müvafiq tədbirlər görüldü. Bu tədbirlər də öz bəhrəsini verdi və qlobal bəlanın təsirləri ölkəmizdə məhz bu tədbirlər sayəsində minimuma endirildi.
Məsələ burasındadır ki, koronavirus bəlası dünyanın başı üstündən hələ də çəkilməyib və bu xəstəliyi törədən virus hələ də can almaqda davam edir. Eyni ilə bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bu xəstəliyə yoluxma halları son vaxtlar artıb. Görünür, qış fəsli ilə əlaqədar havaların soyuq keçməsi, respirator xəstəliklərin baş qaldırması üçün münbit şəraitin olması yoluxma hallarının atması üçün əlverişli şərait yaradıb.
Hər bir halda, yoluxma ilə bağlı son statistik göstəricilər həyəcan siqnalı üçün ciddi əsas yaradır. Artıq yoluxma sayı altı mindən yuxarıdır və bu çox ciddi bir rəqəmdir, hansıki vətəndaşlar arasında məsuliyyət məsələsinə diqqətin artırılmasını zəruri edir. İnsanlar bu zamana qədərkindən də daha ciddi, daha həssas şəkildə xəstəlikdən qorunmalı olduqlarını dərk etməlidirlər. Əks halda bu, daha böyük yoluxmalara, fəsadlara səbəb ola bilər. Ölkənin səhiyyə sisteminin hazırlıqlı olmasına, təchizatın yetərli olmasına rağmən prosesin idarəolunmaz hala gəlmə ehtimalı hər zamankından daha böyükdür. Ən azından, yoluxma sayında olan kəskin artım bunu deməyə əsas verir.
Etiraf edək ki, görülən tədbirlər sayəsində son vaxtlara qədər yoluxma sayının əhəmiyyətli dərəcədə aşağı düşməsi insanlar arasında bir arxayınlığa səbəb oldu. Bəzən elə görünür ki, qlobal bəlaya çevrilən xəstəlik vətəndaşlar üçün sonuncu plana keçdi. Qeyd etdiyimiz arxayınlıq hissi səbəbindən bəzən insanların sıx toplaşmaları, sosial məsafəni qorumaması, qoruyucu vasitələrdən istifadə etməməsi, gigiyenaya riayət etməməsə də müşahidə edilir. Bu isə nəticə etibarı ilə yenə də yoluxmanın artmasına gətirib çıxaran amillərdəndir və son günlərin statistic göstəriciləri, rəqəmlər bunu deməyə əsas verir.
Göstıricilər həm də onu deməyə əsas verir ki, biz daha yüksək rəqəmlərin, gərgin vaxtların yenə də bir addımlığındayıq. Həyəcan siqnalının tam zamanıdır. Unutmaq lazım deyil ki, koronavirus bizdən xeyli canlar alıb, ölkəmizdə xeyli sayda itkilərə səbəb olub. Ölkə olaraq gərgin günlər yaşadığımızı da unutmamalıyıq. İnanırıq və əminik ki, heç kim yenidən karantin rejiminin, xəstəxanalarda yaşanan o gərgin günlərin bir daha geri dönməsini, təkrarlanmasını istəmir. Elə isə, nəyə görə məsuliyyətimizi unutmalı, bu böyüklüyündə qlobal bəlaya dırnaqarası baxmalıyıq? Əksinə, əvvəlkindən də daha artıq şəkildə məsuliyyətlə yanaşmalı, sosial məsuliyyətimizi hiss etməli, özümüzü, yaxınlarımızı, ümumiyyətlə cəmiyyətimizi qorumalıyıq. Çünki, bizim artıq bu xəstəliklə bağlı kifayət qədər təcrübəmiz var və bu xəstəlik səbəbindən bəlkə də hər ailənin itgisi olub bu zamana qədər. Ən azından çoxlarımız öz yaxınlarımızın bu xəstəlik səbəbindən dünyasını dəyişdiyinin şahidi olmuşuq.
Əgər hərhansı bir virus, yaxud xəstəlik bizim, yaxınlarımızın, vətəndaşlarımızın həyatını itirməsinə, vaxtsız vəfatına səbəb olursa, deməli, düşmən olaraq da qəbul edilməldir. Yenə də statistik rəqəmlərə baxsaq görərik ki, bu düşmənin aldığı canların, aramızdan apardığı insanlarımızın, vətəndaşlarımızın sayı heç də müharibədə, cəbhədə olan itgilərdən az deyil. Əksinə, bu xəstəlik səbəbindən itgilərimiz savaş zamanı olan itgilərimizdən daha çoxdur. Nəzərdən qaçırmaq lazım deyil ki, savaş zamanı, müharibədə olan itgilərdə də vətəndaşlarımızı, bu xalqın övladlarını, yaxınlarımızı, əzizlərimizi itiririk, elə bu xəstəlik səbəbindən də. Xəstəlik adlı bu düşmənlə danışıqlar da mümkünsüzdür. Üstəlik, bu düşmən gözəgörünməzdir və onunla mübarizəyə daha diqqətlə yanaşmaq tələb olunur. Tələb olunan isə, təbii ki, böyük fədakarlıq da deyil, şəxsi gigiyenaya əməl etmək, özünü və ətrafındakıları qorumaq, bötüvlükdə qorunmaqdır. Bunun üçün də vasitələr, qaydalar artıq cəmiyyətimizə bəllidir. Hər kəsin özünü qoruması belə, ümumilikdə ətrafını mühafizə etmək deməkdir. Eyni zamanda başqalarının da məlum xəstəlik səbəbindən həyati təhlükə ilə qarşılaşmasına zəmin yaratmamaq tələb olunur. Hər birimizin tələb olunan qaydalara əməl etməyimiz yekunda cəmiyyətimizin qorunmasını təmin edir. Bunun üçün nələrə riayət edilməsi artıq heç kim üçün sirr də deyil.
Bir çox hallarda qoruyucu vasitələrdən şərti olaraq istifadə edildiyini də görürük. Bəziləri qoruyucu vasitələrin istifadəsini düzgün şəkildə də etmirlər və bununla qorunmaq ümumiyyətlə mümkün deyil. İnsanlar bunu inzibati qayda olaraq deyil, həqiqətən sağlamlığın qorunması üçün tətbiq olunduğunu məcburi deyil, düşünülmüş şəkildə dərk etməli, qəbul etməlidirlər. Məsələn, maska ilə ancaq ağız hissəsini örtənlər, yaxud çənə nahiyəsində saxlayanlar var və onlar bilməlidirlər ki, bu şəkildə qoruyucu vasitədən istifadə etməklə ondan imtina etməyin, ümumiyyətlə istifadə etməməyin arasında heç bir fərq yoxdur. İnsanlar bilməlidirlər ki, virus nəfəs yollarından orqanizmə daxil olur və qoruyucu maska bu yolları tamamilə qapatmalıdır. Qorunma vasitələrindən inzibati qayda olaraq əməl etmək, maskanı əldə saxlamaq, hər hansı müəssisəyə daxil olanda yalnız qapıdan keçmək məqsədilə taxmaq çox təhlükəlidir və bununla qorunmaq olmaz. Deməli, belə məsuliyyətsiz yanaşmalar insanların yoluxmasına, yoluxmanın kəskin şəkildə artmasına, nəticə etibarı ilə vəziyyətin acınacaqlı şəklə düşməsinə gətirib çıxara bilər. Ona görə də, qoruyucu vasitələrdən istifadə etdikdə, sosial məsafə saxladıqda bunu sosial məsuliyyətimizi nəzərə alaraq etməliyik. Etinasızlıqdan, yaxud da arxayınlıqdan çəkinməliyik. Yaddan çıxarmamalıyıq ki, gözəgörünməz düşmənlə mübarizə aparırıq və bu düşmən də bizim vətəndaşlarımızın həyatına son qoya bilir, itgilərimizə səbəb olur. Biz sözlə, gizli düşmənlə mübarizəni unutmamalıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB