Şəmkirdə 380 nəfər cərimələndi - VİDEO

Şəmkirdə 380 nəfər cərimələndi - VİDEO

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda - taksi, avtobuslarda sürücülərin COVİD-19 pasportunun olub-olmaması tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına diqqət yetiriblər.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, cari ilin müvafiq dövrü ərzində bu qaydalara əməl etməyən 80-ə yaxın şəxs barəsində intizam tənbeh tədbirləri tətbiq edilib. Daha sonra monitorinq rayon ərazisindəki market, kafe-restoran, mehmanxana və digər ticarət obyektlərində, eləcə də əhalinin sıx olduğu yerlərdə də davam etdirilib. Araşdırmalar zamanı ötən yanvar ayı ərzində rayon ərazisində sanitar-karantin qaydalarını pozan 300-ə yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələr yazılıb.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə