Sosial şəbəkələr vasitəsilə gəncləri yoldan çıxartmağa çalışırlar - DEPUTAT ŞƏRH ETDİ
“Gənclər günü münasibətilə keçirilən forumda cənab Prezidentin nitqi, həm də suallara verdiyi ətraflı cavab Azərbaycan gəncliyinin keçdiyi yol, aldığı mənəvi, vətənpərlik tərbiyəsi müstəqil Azərbaycan dövlətinin qurulmasında töhvəsi, eyni zamanda bundan sonrakı illər üçün fəaliyyət proqramının müəyyənləşdirilməsi üçün çox ciddi yol xəritəsi oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, cənab Prezident bu forumda demək olar ki, Azərbaycan gəncliyini düşündürən, maraqlandıran bütün məsələlərə öz münasibətini bildirib, verilən suallara aydınlıq gətirdi: “Şübhəsiz ki, gənclər hər bir millətin və dövlətin gələcəyidir. Cənab Prezident də bu məsələnin üzərində dayanaraq Azərbaycanın gələcəyinin məhz bu gənclərlə bağlı olduğunu və dünyadakı aparıcı çağırışlara gənclərin düzgün və vaxtında reaksiya verməsinin vacibliyini bildirdi. Buna görə də 2006-ci ildə xaricdə təhsillə bağlı qəbul olunmuş proqramın da əhəmiyyətini vurğuladı. Bu proqramdan yararlanan 3000-dən çox gənc Azərbaycan dövlətinin dəstəyi ilə xaricdə aparıcı universitetlərdə təhsil alırlar. Onların bir qismi Azərbaycana qayıtdı və burada dövlətimizin inkişafına öz töhvələrini verdi. Bu gün də Azərbaycanda yüksək idarəçilik qurumlarında çalışan insanlarımızın çoxu məhz 2006-2015-ci illərdə xaricdə təhsil ilə bağlı qərardan yararlanan gənclərdir. Bu gənclərin bir qismi isə xaricdə qalaraq Azərbaycanı müvəffəqiyyətlə təmsil edirlər.
Eyni zamanda cənab Prezident suallara cavab verərkən, xüsusilə də çıxışı zamanı milli vətənpərvərlik ruhunda tərbiyənin olduqca vacib olduğunu da bildirdi. Qarabağda 44 günlük Vətən müharibəsində Azərbaycanın qalibiyyətini həyata keçirən və bu qalibiyyəti həyata keçirən ordunun əsas zabit və əsgər heyəti məhz cənab Prezidentin hakimiyyəti dövründə formalaşan gənclərdir. Bundan sonrakı dövrdə də işğaldan azad olunmuş ərazilərimizin bərpasında fəal iştirak edəcək qurucu insanların içərisində də əsas ağırlıq gənclərin üzərinə düşəcək. Eyni zamanda cənab Prezident İlham Əliyev dünyada gedən qloballaşma meylləri və bu meyllərin mənfi və müsbət tərəflərinə toxunaraq, Azərbaycan gəncliyini ayıq-sayıq olmağa çağırdı. İmperializmin formasını dəyişsə də mahiyyətini dəyişmədiyini söyləyərək, müxtəlif dövlətlərin öz imperialist maraqlarından çıxış edərək Azərbaycan kimi təbii sərvətlərə malik ölkələri idarə etmək maraqlarına da toxundu. Hansı ölkələrdə ki, rəngli inqilablar keçirilmişdi, hələ də orada sabitlik, inkişaf yoxdur. Cənab Prezident İlham Əliyev açıq şəkildə həm 2003, həm 2005, həm də 2008-ci ildə belə cəhdlər etsələr də, Azərbaycan dövlətinin möhkəm olduğu, ölkə başçısının qətiyyətli siyasəti və xalqın öz dövlət başçısının arxasında olması bu bəd niyyətləri puça çıxartdı. Amma buna baxmayaraq yenə də öz bəd əməllərinə davam edənlər mövcuddur. Xüsusilə də sosial şəbəkələr vasitəsilə gəncləri yoldan çıxartmağa çalışırlar. Məhz cənab Prezident də öz tövsiyyələrini bu istiqamətdə verdi. Eyni zamanda gənclərin sağlam həyat tərzi keçirməsi, idmanla məşğul olması və kreativ düşüncəyə sahib gənclərimizin yaxşı universitetlərdə təhsil alacağı ilə əlaqədar dövlətin yaratdığı şəraitlə bağlı öz töhvələrini verdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB