Bakının mərkəzində ekoloji cinayət - FOTOFAKT

Bakının mərkəzində ekoloji cinayət - FOTOFAKT

Son günlərdə Bakının bəzi mərkəzi küçələrində səkilər sökülərək bir hissəsində velosiped zolağı yaradılır. Bu, ilk baxışda yaxşı bir iş olsa da, burada bəzi problemlər var. Əvvəla, velosipedlər nəqliyyat vasitəsidir və səkinin ortası ilə yox, küçə ilə hərəkət etməlidirlər. Əgər xüsusi zolaq çəkilməlidirsə, bu, piyadaların hərəkət etdiyi səkinin ortası ilə yox, avtomobil yolunun kənarı ilə çəkilir.

İkincisi də, səkinin bir hissəsində bu zolaqlar çəkilərkən, yaşıllıq cərgəsi- ağacların arası naməlum səbəbdən asfaltlanır. Torpaq zolağının olmaması yağış sularının asfaltın üzəri ilə kanalizasiyaya yönəlməsini və ağacların su su qəbul etməməsini təmin edəcək. Üstəlik, şəhərin hər yerinin asfalt olması yayda Günəş şüalarının udulmamasına, asfaltda əks olunaraq qayıtmasına və tempraturun maksimuma çatmasına səbəb olur.

Hesab edirik ki, paytaxtın mərkəzində günün-günorta çağı belə ekoloji cinayətə yol verənlər ciddi şəkildə cəzalandırılmalıdır. Asfaltlanmış torpaq sahəsi asfalt örtüyündən azad edilməlidir.

Təəssüf ki, ölkədə mövcud olan və işləri yalnız qrant alıb yeməkdən ibarət olan onlarla ekoloji təşkilatdan bircəciyi belə bu cinayətlə bağlı etiraz bildirməyib.

Bu məsələni ciddi nəzarətdə saxlayacağıq.

Elçin Bayramlı

Fotolar müəllifindir

Bütün xəbərlər Facebook səhifəmizdə