2 Fevral - Gənclər Günü ilə bağlı Ağstafa rayon Heydər Əliyev mərkəzində geniş tədbir keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların nümayəndələri və aktiv gənclər iştirak edib.
İştirakçılar əvvəlcə Heydə Əliyev mərkəzinin qarşısında ümummilli liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək xatirəsini dərin ehtiramla yad ediblər. Tədbirə Dövlət Himninin səslənməsi ilə start verilib.
İlk olaraq vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra gənclər gününün təsis edilməsini və ölkə prezidentinin gənclərə göstərdiyi diqqət və qayğını əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və digər natiqlər ölkəmizdə gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Sonda il ərzində rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclər fəxri fərman və diplomla təltif ediliblər.
Tədbir regional mədəniyyət şöbəsinin hazırladığı konsertproqramı ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB