Gənclər günü Şabranda qeyd olunub

Gənclər günü Şabranda qeyd olunub

Fevralın 2-də Şabran Rayon İcra Hakimiyyəti, YAP Şabran rayon Təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “02 Fevral - Azərbaycan gəncləri günü” münasibətilə “Gənclər bizim bu günümüz, həm də sabahımızdır" başlığı altında rayon toplantısı keçirilib. Tədbirə Şabran-Siyəzən Seçki Dairəsindən Milli Məclisin üzvü seçilmiş Sadiq Qurbanov "Zoom" vasitəsilə qoşulmuşdur.

Tədbirdən öncə rayonun bir qrup içtimai-fəal gəncləri Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Tədbiri rayon Gənclər və idman idarəsinin rəisi Süleyman Əliməmmədov açaraq bütün azərbaycan gəncliyini təbrik edib. 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Milli Məclisin üzvü seçilmiş Sadiq Qurbanov, YAP Şabran rayon Təşkilatının sədri Mehdi Balabəyov çıxış edərək bildirmişlər ki, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb.

Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.

Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, İkinci Qarabağ Müharibəsi iştirakçıları Şabanov Rəsul və Cehun Məmmədov, Ali məktəblərə qəbul imtahanında rayon üzrə ən yüksək bal toplamış Fərman Əliyev, Respublika "Zəfər yolu" inşa-yazı müsabiqəsinin gümüş mükafatçısı Dərya Məmmədova çıxış edərək gəncləri "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə təbrik ediblər, onlara uğurlar arzulayıblar.

Tədbirin sonunda Vətən Müharibəsi İştirakçıları və bir qrup ictimai fəal gənc Gənclər və İdman İdarəsi tərəfindən fəxri-fərman və hədiyyələrlə təltif olunublar. Həmçinin 2021-ci ildə İdarənin könüllülük fəaliyyətini uğurla başa vuran iki gəncimiz Abbasov Zaur və Hüseyn Məqami könüllülük sertifikatı ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə