Ombudsman Aparatının nümayəndələri sığınacağa yerləşdirilmiş qadına və uşaqlarına baş çəkiblər
Bir neçə gün əvvəl İmişli rayon sakini olan qadın gecə saatlarında Ombudsman Aparatının 916 Çağrı mərkəzinə müraciət edərək, məişət zorakılığından zərər çəkdiyini, təhlükədə olduğunu, iki azyaşlı övladı ilə birlikdə küçədə qaldıqlarını bildirib.
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya bildiriblər ki, İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən məsələyə operativ reaksiya verilib. Rayon icra hakimiyyətinə və polis şöbəsinə dərhal müraciət edilib, ana övladları ilə birgə tapılaraq müvafiq binada gecələmələrinə şərait yaradılıb.
Daha sonra sənədləşdirmə işi aparılaraq, qadın və övladları Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdiriliblər.
Səbinə Əliyevanın tapşırığına əsasən məsələ nəzarətdə saxlanılıb, Ombudsman Aparatının əməkdaşları müəssisədə ana və onun övladları ilə görüşərək, onların saxlanma şəraiti, səhhəti, psixoloji durumu və hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə maraqlanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB