DSX-nin struktur qurumlarında Gənclər Günü tədbirləri keçirilib - FOTOLAR

DSX-nin struktur qurumlarında Gənclər Günü tədbirləri keçirilib - FOTOLAR

2 fevral - Gənclər Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında silsilə tədbirlər keçirilib. SİA-nın verdiyi məlumata görə, yerli icra hakimiyyəti orqanları və hüquq mühafizə qurumlarının nümayəndələrinin də qatıldığı tədbirlərdə iştirakçılar öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək büstü önünə gül dəstələri qoyublar.

Sonra Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunmuş və üzərinə güllər düzülüb.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə çıxış edənlər bu əlamətdar tarixin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin ölkəmizdə intellektual, vətənpərvər, milli düşüncəyə malik gənclərin formalaşması istiqamətində misilsiz işlər gördüyünü, gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzaladığını bildiriblər.

Dövlət siyasətinin mühüm tərkib hissəsi olan gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, müasir Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində aktiv fəaliy-yətilə seçildiyi vurğulanıb.

Rəşadətli Silahlı Qüvvələrimizin sıralarında Vətən uğrunda vuruşmuş igid gənclərimizin öz adlarını xalqımızın qəhrəmanlıq tarixinə həkk etdikləri, onların şücaəti, fədakarlığı sayəsində Şanlı Zəfərin əldə olunduğu, ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin gənclərimizin Vətən müharibəsində qəhrəmanlıqlarını yüksək qiymətləndirərək "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi" demə-sinin Azərbaycan gəncliyinin müqəddəs savaşımızdakı roluna verilən ən ali qiymətin ifadəsi olduğu vurğulanıb.

Vətən Müharibəsində Silahlı Qüvvələrimizin sıralarında sərhədçi gənc-lərimizin də Vətən qarşısındakı öz müqəddəs əsgəri borcunu layiqincə yerinə yetirdikləri, Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarını uğurla icra etdikləri və bu gün işğaldan azad edilmiş dövlət sərhədlərimiz boyunca Azərbaycan Respublikasının üçrəngli bayrağı altında milli maraqlarımızı layiqincə qoruduqları bildirilib.

Tədbirlərin sonunda xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş hərbi qulluqçular təltifləndiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə