Sərhədçilər İranın dövlət bayrağını qarşı tərəfə təhvil verib

Sərhədçilər İranın dövlət bayrağını qarşı tərəfə təhvil verib

Fevral ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti sahəsində İran İslam Respublikasının dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycan Respublikasının ərazisinə düşməsi sərhəd naryadı tərəfindən aşkarlanıb.

İİR dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətirilib, Azərbaycan Respublikasının və İran İslam Respublikasının sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumatlandırılıb.

Fevral ayının 2-də dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə