Azərbaycan dövləti gənclər siyasəti ilə bağlı konkret ideologiyaya sahibdir - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan Respublikasında milli ideologiya və milli vətənpərvərlik hissi ilə böyüyən güclü və qüvvətli bir gənclər ordusu yetişir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi 44 günlük Vətən müharibəsi, zəfər qələbəmiz çərçivəsində aparılan bu tarixi savaşda bilavasitə gənclərin üzərinə böyük məsuliyyət düşüb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ramil Həsən bildirib.

Onun sözlərinə görə, hansı ki, bu gənclər ölkə başçımızın fəlaiyyəti dövründə yetişib, formalaşmış Azərbaycan övladlarıdır: “Şübhəsiz ki, 2 fevral - Gənclər günündə bununla bağlı danışmaqdan da fəxr hissi duyuruq. Hazırda bir qrup gənc isə cənab Prezident tərəfindən müxtəlif formalarda təltif edilir.
Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət tərəfindən əsası 1997-ci ildə qoyulmuş Gənclər günü böyük əhəmiyyət kəsb edir və biz bu günə qədər 2 fevralı xüsusi formada qeyd edirik. Bütün bu addımlar bacarıqlı, qabiliyyətli, intellektual potensiala sahib olan gənclərin inkişafı üçün çox mühümdir. Əlbəttə ki, bu addımlar güclü bir stimuldur. Bu addımlar gələcək nəsillərimizin daha da güclənib qüvvətlənməsi ruh yüksəkliyi ilə Vətənə və millətə sahib ideologiya və şüur hissi ilə güclənməsində mühüm rol oynayır. Gənclər günündə məhz bu istiqamətdə konkret addımların atılması da Azərbaycan dövlətinin gənclər siyasəti ilə bağlı konret ideologiyaya sahib olduğunun təcəssümüdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB