YAP Səbail rayon təşkilatı gənclərlə görüş keçirib - FOTOLAR

YAP Səbail rayon təşkilatı gənclərlə görüş keçirib - FOTOLAR

2 fevral Gənclər Günü ilə əlaqədar YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə bir qrup gənclə görüş keçirilib.
SİA-nın məlumatına görə, tədbiri açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ulu öndər Heydər Əliyevin Gənclər Gününü təsis etməsindən, gənclərə verdiyi dəyərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələdə inkişaf etməkdədir.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ona görə də gənclərimiz cəmiyyətdə xüsusi yerə malikdir. Hazırda ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsini qeyd edən komitə sədri deyib: “Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir”.

“İstiqlaliyyət 6” ərazi partiya təşkilatının sədri Mikayıl Zeynalov da gəncləri təbrik edib. Gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratma lazım olduğu qeyd edib.

“Üzeyir Hacıbəyov 34” ərazi partiya təşkilatının sədri Soltanəli Qurbanov çıxış edərək gəncləri təbrik edib. Azərbaycan cəmiyyətində gənclərin rolunu xüsusi vurğulayıb.

Sonda gənclər mükafat və fəxri fərmanlarla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə