Faşistlərin qəhrəmanlaşdırılması yolverilməzdir - ŞƏRH

Faşistlərin qəhrəmanlaşdırılması yolverilməzdir - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 yanvar 2022-ci il tarixdə Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müshibəsində bir-çox mühüm məsələlərə öz münasibətini bildirmişdir. Bu məsələlərdən biri erməni faşizmi, onun ideolqu Qaregin Nijde barəsində olmuşdur.

Bu günlərdə Rusiyada erməni faşist Qaregin Nijde haqqında filmin yayımının dayandırılması ilə bağlı sualı cavablandırarkən cənab Prezident demişdir: “Mən hesab edirəm ki, ilk növbədə, Rusiya ictimaiyyəti bundan xəbər tutdu və Rusiya ictimaiyyətinin təkidi nəticəsində bu biabırçı aksiya baş tutmadı. Ancaq o da həqiqətdir ki, ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən mən olmuşam. Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışam. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışam ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Cəllad Nijde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışımda məsələ qaldırdım. Dedim ki, Nijdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır, Qaregin Nijde erməni faşizminin banisidir".

Ermənistan Respublikası Nijdenin faşist təliminə əsaslanaraq öz dövlət siyasətini müəyyənləşdirir. Ermənistan Respublikasının Prezidenti olmuş Serj Sarkisyanın rəhbər olduğu Ermənistan Respublikaçılar Partiyası Nijdeni özlərinin lideri, ideoloji öndəri sayır. Nijde faşist və cəllad olub. Bu adam günahsız azərbaycanlıları və türkləri, İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir. Faşizmin baş qaldırmasına yol vermək olmaz. Cənab Prezident qeyd etmişdir ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində biz erməni façizmini məglub etmişik . Ancaq Ermənistanda faşizm baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Koçaryan baş qaldırırlar. Azərbaycan Ordusu Şuşaya yaxınlaşanda onlar qrxaqcasına qaçıblar. Amma indi Ermənistanda baş qaldırırlar, Rusiyada baş qaldırırlar. Rusiyanın paytaxtı Moskva şəhərində erməni diaspor təşkilatlatının xətti ilə belə bir biabrçı aksiyanın təşkil göstərir ki, biz erməni faşizmini məğlub etmişik, ancaq o, məhv edilməyib. Cənab Prezident qeyd etmişdir ki, biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatar. Ermənistanın arxasında dayanan qüvvələr, onların havadarları bilməlidirlər, dərk etməlidirlər və Azərbaycanın tarixi missiyasını qiymətləndirməlidirlər. Bilməlidirlər ki Qəhrəman Azərbaycan Ordusu hansı bəlanı məhv edib. Azərbaycan təkcə öz torpaqlarını azad etmədi, Cənubi Qafqazı, bütün reqionu faşist ideologiyasının daşıyıcıları olan vəhşixislətli qüvvədən təmizlədi.

Cənab Prezident Ermənistana, onun havadarlarına xəbərdarlıq edərək bildirdi: “ Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan vermərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilsin”

Rauf Əliyev, Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə