Hacı Nuran ilk dəfə doğum günündə rəqs etdi - FOTOLAR

Hacı Nuran ilk dəfə doğum günündə rəqs etdi - FOTOLAR

Tanınmış aparıcı və xeyriyyəçi Hacı Nuran doğum gününü Atlas Tibb Mərkəzinin həkim heyəti ilə birlikdə qeyd edib. SİA-nın verdiyi məlumata görə, səbəbkarı doğum günü münasibəti ilə yaxın dostu, Qorqud Holdinqin 1-ci vitse-prezidenti Nihat Əliyev təbrik edib.

Xatırladaq ki, Atlas Tibb Mərkəzi Azərbaycanın uzun illərdir fəaliyyət göstərən yüksək səviyyəli tibb mərkəzlərindən biridir. Daima yeniliklərə açıq olan, dinamik işçi heyyəti və son dərəcə peşəkar həkimləri ilə fərqlənir. Bundan əlavə, Atlas klinikasının rəhbərliyi və həkim heyyəti hər zaman xalqın diqqət və qayğıya ehtiyac duyan təbəqələrinə də xüsusi nəzakətlə yaşanır.

Xeyriyyəçiliyi ilə tanınan Hacı Nuran və Nihat Əliyevin dostluğunun təməlində illərə söykənən dərin dostluq və qardaşlıq münasibəti, sonsuz güvən və sədaqət dayanır. Elə bu səmimi münasibətə əsaslanaraq Hacı Nuran Atlas Tibb Mərkəzinin həkim heyətinin səbəbkar üçün hazırladığı xüsusi doğum günündə ilk dəfə rəqs edib. Səbəbkar doğum günündə Qorqud Holdingin 1-ci vitse-prezidenti Nihad Əliyevə və işçi komandasına dərin təşəkkürünü bildirib.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə