“Dua ilə nəzir arasında fərqlər çoxdu. Dua Allahı çağıraraq ondan müəyyən istəklərini yerinə yetirməsi üçün istifadə olunur”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları idarəsinin əməkdaşı Hacı Ağasəid Yaqubov bildirib.

Onun sözlərinə görə, Allah da həmin istəkləri qəbul edərək, yerinə yetirir: “Quranı Kərimdə Allah buyurur ki, Ya Peyğəmbər əgər insanlar məndən nəsə istəsələr məni çağırsınlar və məndə onlara cavab verəcəm. Dua azad şəkildə rəbbi ilə ünsiyyətə keçmək üsuludu. Lakin bəzi hallarda insanlar bir-biri üçün dua edirlər. Düşünürəm ki, bu məqbul bir haldı çünki Allahın yanında müəyyən şənə sahib olan insan yaxını üçün dua etsə onun arzusu qəbul olar. Nəzir məsələsinə gəldikdə isə deyə bilərəm ki, bu bir ritual növüdü. Nəzir dua ilə bağlıdı. Çünki bir insan duasının qəbul olması üçün nəzir deyir və həmin dua qəbul olunduqda yetim və yoxsula yardım edir. Allah təla buyurub ki, kim Allah yolunda addım atıb, yaxşı əməllər etsə, allah onun üçün rəhmət və bağlı qapılarını açar. Nəzir və duanın fərqi və bağlılığı bundan ibarətdi. İnsanların müəyyən bir məkanlara gedib həmin yerləri müqəddəsləşdirərək dua edib, nəzir vermələri aydınlaşdırılmalıdı. Çünki dua edilən və nəzir qoyulan yer birbaşa Allahla bağlı olmalıdı. Pirlər və məcidlərdə allah aid ayinlər olduğu üçün həmin yerlərdə dua etmək və nəzir vermək məqbul hesab olunur”.
“Dini inanclarla psixologiyada 2 cür yanaşma var. Eksiztensializm və kaqnitiz, yəni idrak psixologiyası”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nəzirova bildirib.

Onun sözlərinə görə, eqzestrializm dini inancların gündəlik insan həyatına pozitiv təsir edir: “Koqnitiv yanaşmada isə insanın düşüncələrini nəzərə alır. Yəni burada təməli inanclardan söhbət gedir. Eyni zamanda, bizim avtomatik inanclarımız da mövcuddur. Misal olaraq, mən bu pirə getsəm mənim işim düzələcək və s. Yəni insanlar artıq bunları öz beynində mexaniki olaraq planlayırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB