“Ritual hər hansısa bir şeyin təkrarlanmasına deyilir. Misal üçün siz hər səhər kofe içirsinizsə bu sizin kofe rutialınızdı. Ritualın bir neçə növü var - spirtual və mənəvi ritual. Mənəvi rituala xristianların kilsədə yandırdıqları şamı, müsəlmanların isə hər gün qıldığı namazı misal göstərmək olar”. Bu sözləri SİA-ya açıqlamasında astroloq və spiritualist Rəşad Hacıyev bildirib.

Onun sözlərinə görə, spirtual rituallarda isə müxtəlif şeylərdən istifadə olunur. Bəzi insanların fikirlərinə görə rituallar yalnız neqativ və problemli hallarda istifadə olunur: “Lakin bu belə deyil, çünki rituallar həddindən artıq dualara bənzəyir. Ritualı edərkən hansı məqsədlə etdiyiniz və nədən enerji aldığınız vacib faktordu. Ritualda yaradana ritual etsəz onda siz yaradandan kömək alacaqsız. Bununla yanaşı müəyyən qüvvədən güc almadan da ritual edə bilərsiniz. Artıq bu zaman siz öz bədəninizdən güc alırsınız. Ritual edərkən eyni saatda və eyni məkanda edilməlidir. Bu zaman siz həmin yerin atomların tezliyini bəlli bir tezliyə gətirmiş olursuz. Bununla da istədiyiniz məhfumu öz həyatınıza çəkirsiz. Misal olaraq, pula bağlı ritual edərkən çox zaman yaşıl şamdan istifadə olunur. Çünki yaşıl rəngin elə bir tezliyi və enerjisi var ki, bolluq və bərəkətlə birbaşa əlaqədardır. Biz düzənli olaraq eyni saatda şam yandırıb, niyyətlərimizi dilə gətirsək bir yerdən sonra bizim bədənimizdəki atomlar bolluq və bərəkət tezliyi ilə hərəkət edəcək. Kainatda belə bir qayda var eyni qütblər bir-birini çəkir. Eyni zamanda da kainatın qanununa görə istədiyimizi şüuraltı yeritsək həmin şey baş verəcək. Ritual o zaman neqativ olur ki, sizin vasitə ilə başqa bir insanın iradəsinə toxunmuş olursuz. Ritual zamanı 5 element ritualı gücləndirir. Bu elementlər torpaq, su, hava, alov və s.
İnsanların rituala marağı hədsiz çoxdu. Azərbaycan da isə rituallara olan maraq yüksək səviyyədədi. Üzərliyin özü də bir ritual növüdü. Biz üzərlik yandıraraq hava elementinin enerjisindən istifadə edərək neqativ enerjiləri aradan götürürük. Mən rituallarla bağlı heç kimə pulla məsləhət vermirəm. Lakin spirtual rituallarla bağlı verdiyim məsləhətlərdə həddindən artıq çox gözəl geri dönüşlər alıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB