Azərbaycanın Türkiyədəki Səfriliyi Rəsulzadənin məzarını ziyarət edib

Azərbaycanın Türkiyədəki Səfriliyi Rəsulzadənin məzarını ziyarət edib

Bu gün Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə doğumunun 138-ci ildönümündə Ankarada yerləşən məzarı başında anılıb. SİA-nın xəbərinə görə, Azərbaycanın Türkiyədəki fövqaladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun başçılığı ilə səfirliyin digər əməkdaşları anım mərasimində iştirak edib.

M.Ə.Rəsulzadənin məzarı önünə gül çələngi qoyulub və ehtiramla yad edilib.

Sevil Hilalqızı Ünal,
Xüsusi olaraq SİA üçün, Ankara

Bütün xəbərlər Facebook səhifəmizdə