Pandemiya psixologiyamıza NECƏ TƏSİR EDİR? - PSİXOLOQ AÇIQLADI

Pandemiya psixologiyamıza NECƏ TƏSİR EDİR? - PSİXOLOQ AÇIQLADI

“İnsanlıq yaranandan insanlar həbsdən, cəzalardan, məhbusluqdan qorxublar”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Psixoloq qeyd edib ki, pandemiya insanları ev şəraitinə məhbus etdi, onların sərbəstliyini, azadlığını əlindən aldı: “Pandemiya insanları asosial elədi, insanların bir-biri ilə canlı olaraq münasibət qurmasına mane oldu. Bununla da pandemiya əslində onu göstərdi ki, insan sosial varlıqdır və insanların sağlam psixologiyada qalmasına görə bir-birinə ehtiyacı var. Psixoloji həssas insanlar hansı ki, həmin insanlarda müəyyən travmalar var, o insanların müəyyən problemləri üzə çıxdı. Psixoloji həssas insanlarda somatik depressiya, daxili və xarici aqressiya, özünə güvənsizlik, natamamlıq kompleks, özünü təstiq edə bilməmək, titizlik xəstəliyi və s. kimi davranış pozuntuları özünü göstərdi. İntiharların, ailədaxili şiddətin, narkomaniyanın sayı artdı. Aqressiya artdığına görə ictimai qınaq da sərhədsiz olaraq artdı.

Ümid edirəm ki, pandemiyadan əvvəlki dönəmə qayıtdıqca insanların bir-birinə qarşı empati bacarığı yuxarı qalar. İnsanı ünsiyyət, xoş münasibət ayaqda saxlayır. Pandemiya isə insanları kütləvi olaraq azadlıqdan məhrum etdi. Bu da insanların psixologiyasının qaldıra bilmədiyi bir şey idi”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə