DİN Bakıda Türkiyə bayrağına hörmətsizlik edən şəxslə bağlı araşdırmalara başlayıb

DİN Bakıda Türkiyə bayrağına hörmətsizlik edən şəxslə bağlı araşdırmalara başlayıb

Daxili İşlər Nazirliyi Bakının Nizami rayonunda dalğalanan Türkiyə bayrağını kəsən şəxslə bağlı araşdırmalara başlayıb.

SİA-nın məlumatına görə, bu barədə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Hadisə barədə məlumatlıyıq, araşdırma aparılır",- deyə polis mayoru bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakının Nizami rayonu, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında naməlum şəxsin əlindəki bıçaqla yolun kənarında dalğalanan Türkiyə bayrağının ipini kəsməsi barədə video yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə