Əli Əhmədov Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək

Baş nazirin müavini Əli Əhmədov Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək. SİA bu barədə Çin Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, rəsmi açılış mərasimində iştirak edən rəsmi şəxslər arasında Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Misir prezidenti Əbdül-Fəttah əs-Sisi, Polşa prezidenti Ancey Duda, Serbiya prezidenti Aleksandr Vuçiç və digər rəsmi şəxslər iştirak edəcək.

24-cü il Qış Olumpiya Oyunları Pekində fevralın 4-dən 20-dək keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə