Gündəlik fallar insan həyatına necə təsir? - PSİXOLOQ AÇIQLADI

“İnsanların gələcəyi hər zaman onlar üçün maraqlı olub. Tarix boyu insanlar öz gələcəyi haqqında məlumat almağa cəhd ediblər”. Bu sözləri SİA-ya açıqlamasında Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, müasir zamanda insanların gələcəyi haqqında onlara bir növ məlumat verən proqramlar çıxıb: “Bu proqramlara "Faladdin", "Binnaz" və s. misal göstərmək olar. Proqramlarda "kofe falı", "kart falı" var. Fala baxmaq və falın tez açılması üçün müəyyən məbləğ ödənilir. Lakin bunlar həm dini, həm də psixoloji baxımdan yol verilməzdi. Psixoloji cəhətdən ona görə yol verilməzdir ki, insan gələcəyi haqqında nəyisə biləndə ona fokuslanır. Artıq gündəlik fallara inanırlar və onlarda buna qarşı asılılıq yaranır. Misal olaraq, falda deyilir ki, sizin həyatınızda bu gün yaxşı hal baş verməyəcək. Siz də həmin gününüzü bu məlumat üzərində qurursuz. Psixoloji olaraq da motivasiyanız düşür, beləcə, sizdə panikatak yaranır və təşvişə düşürsünüz”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə