Qoruğun mühafizə rejimini pozan şəxslər cəzalandırılıb

Qoruğun mühafizə rejimini pozan şəxslər cəzalandırılıb

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qoruğun mühafizə rejimini pozan şəxslər saxlanılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova SİA-ya bildirib ki, araşdırma zamanı qanun pozucularının Daşkəsən rayon sakinləri Elnur Şadiyev və Mirzəli Orucov olduğu müəyyən edilib.

“Mühafizə rejimini pozan təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Bütün xəbərlər Facebook səhifəmizdə