"Ağac şpalların ömrü 15-20 illə kifayətlənir. Amma Xətai-C.Cabbarlı kimi hidrogeoloji şəraiti çox ağır olan bir tuneldə bu şpalların örmü 7 ildən artıq olmur. Bu səbəbdən dəmir-betom bloklarını da üştün sayırıq. Çünki dəmir-beton bloklar ən azı 50 il xidmət göstərəcək, yəni 80 ilə qədər ömrü var. Bunun da Bakı Metropoliteninə yalnız səmərəsi dəyə bilər". Bu sözləri SİA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, ikinci səmərə ondan ibarətdir ki, ağac şpallar ölkə xaricindən alınır. Onu alınması, ölkəyə gətiriliməsi, gömrük, yol xərcləri kimi məsələləri nəzərə alanda dəmir-beton bloklarının Bakıda Metropolitenin özünün istehsalat sahəsində hazırlanması xüsusi səmərə verəcək və 2 dəfədən az olmayaraq qənaət əldə olunacaq: "Dəmir-beton blokların hazırlanması sadə bir proses deyil, alman texnologiyalarından istifadə olunur və bütün materiallar, yəni xammalından tutmuş sonuncu mərhələyə qədər sırf Azərbaycan məhsulunundan hazırlandığından Azərbaycan brendi də adlandırılır. Üçüncü səmərə isə onun istismarı ilə bağlıdır. Ağac şpallarına hər gün nəzarət olmalıdır, hər gün təmir işləri aparılmalıdır, hər gün yaranan nöqsanlar aradan qaldırılmalıdır. Dəmir-beton bloklarda isə sadəcə olaraq texniki baxış və qulluq göstəriləcək. Hal-hazırda qurulmuş tunellərin təxminən 500 metrə qədərində dioqnostik müayinələr aparılıb, yol demək olar ki, ideal vəziyyətdə çəkilir. Bundan əlavə olaraq bu texnologiyanın tətbiqini metro qatarlarının hərəkəti şəraitində də öyrənir və müəyyən nailiyyətlər var. Hal-hazırda dəmir-beton bloklarının quraşdırılması yanlız qatarın hərəkəti dayandırılıdıqda davam edir. Amma 3 ildən artıqdır ki, bu araşdırmalar davam edir. Yaxın gələcəkdə qatarların hərəkət etdiyi sahələrdə də bu konstruksiyanı tətbiq edəcəyik. Təbii ki, qatarların hərəkət etmədiyi stansiyalara da bu prosesin tətbiqi mümkündür. Dəmir-beton konstrukturlarının sökülüb-quraşdırılması üçün təxminən 2 aya yaxın vaxt lazımdır. Bu isə o deməkdir ki, həmin sahədə 2 aya yaxın qatar işləməməlidir. Hazırda bənövşəyi xəttimizin avtovağzaldan Xocasən elektrik deposuna gedən tunellərdə məhz bu texnologiyadan istifadə olunub. Depo şəraitində isə dəmir-beton şpallardan istifadə edilir. Çünki orda uzun ölçülü şpallardan istifadə ediləcək. Bu qayda ilə metropoliten gələcəkdə bunu daha da genişləndirəcək.
Hazırda bənövşəyi xəttin elektrik deposunun inşası davam edir və qeyd edim ki, elektrik depolarının inşası xüsusi olaraq ehtiyacdan yaranan bir məsələdir. Çünki infrastruktura qulluq məhz depodan başlayır. Xocasən elektrik deposunun inşası 3 məhrələyə planlaşdırılıb. Çünki xəttin cəmi 3 stansiyası istifadəyə verildiyindən 1-ci mərhələsi üzrə işlər yekunlaşdırılacaq. Ən vacibi isə odur ki, qatarlara qulluq üçün şərait yaradılsın. Amma həmin sahədə Bakı Metropoliteninin 2-ci - "Bakmil" tipli yerüstü stansiyası olacaq. Lakin insrastruktur və digər məsələlər baxımından fərqli olacaq. Bilirsiniz ki, Xocasən qəsəbəsində əhalinin məskunlaşması prosesi sürətlə gedir. Bu mənada həmin stansiyaların istismarı sərnişinlərimizin ürəyincə olacaq. Eyni zamanda yerüstü nəqliyyatın hərəkətin təşkilində də müəyyən dəyişikliklər olacaq. Həmin stansiya bənövşəyi xəttin tələblərinə uyğun qurulur. Bunun "Bakmil" stansiyasından bəzi fərqləri vardır. Platformanın uzunluğu 144 metrdən az olmayacaq. Çünki 7 vaqonluq qatarlar bənövşəyi xətt üzrə hərəkət edəcəyindən məhz bu stansiyada da həmin tipli olmalıdır. Eyni zamanda stansiya infrastrukturunda 2 eskalator nəzərdə tutulub və onların quraşdırılması başa çatıb, hal-hazırda sazlama işləri gedir. Stansiya xəttin sonunda və yaxud da xəttin əvvəlində yerləşdiyindən orda intervalın tənzimlənməsi "Bakmil"dən fərqli olaraq daha intensiv olacaq. Bu da əlbəttə ki, sərnişinlərin daşınması baxımından xüsusi əhəmiyyət kəsb edir. Stansiyanın inşası da deponun 1-ci mərhələsi kimi bu ilin sonuna qədər tamamlanacaq və sərnişinlərin istifadəsinə veriləcək. Hazırda inşaat mərhələsində son tamamlama işləri gedir. Eyni zamanda da infrastrukturun qurulmasına başlanılıb.
Bakı Metropoliteni 2011-ci ildə təsdiq olunmuş konseptual inkişaf sxeminə uyğun olaraq mertopoliten 5 xəttən ibarət olacaq. Onun sarı xətti məhz Binəqədidən başlayaraq Bibiheybət istiqamətində olacaq. Bu mənada 20-ci sahə, Bayıl da həmin xəttin üzərində olacaq. Lakin onun inşası hələlik planlaşdırılmır. Konseptual inkişaf sxemində var, amma hələ ki, şəhərimiz üçün ən aktual məsələlərə daha çox diqqət yetirilir.
Xırdalan və Sumqayıt ərazilərinə metro xətlərinin çəkilməsi hələ ki, planlaşdırılmır. Gələcəkdə nə olacaq bunu zaman göstərəcək. Amma metronun inşaat prinsipində birinci vacib məsələ şəhərin məhz daxildir. Sumqayıt və Xırdalan böyük şəhərlərdir. Gələcəkdə təbii ki, müəyyən zərurət olarsa bu məsələyə baxıla bilər. Amma hal-hazırda bu nəzərdə tutulmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB