Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyət həyata keçirir - DİREKTOR MÜAVİNİ AÇIQLADI
“Azərbaycan öz milli-mənəvi dəyərlərinə bağlı ölkə olaraq tarixi-dini, eləcə də mədəni abidələrin qorunmasına xüsusi diqqət göstərir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev söyləyib.

Ceyhun Əliyev qeyd edib ki, ölkəmizdə bu sahədə səlahiyyətli qurumlar abidələrimizin qorunması, onların bərpası və restavrasiyası ilə bağlı davamlı fəaliyyət həyata keçirirlər: “Möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən dini abidələrimizə göstərilən qayğını ayrıca qeyd etmək istərdim. Bu işdə Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyət həyata keçirir. Bu gün də Fondun vasitəsilə onlarla tarixi-dini abidələrimiz bərpa edilir, eləcə də yeni abidələr inşa olunur.
İşğaldan azad edilmiş torpaqlarımızda - Şuşada, Hadrutda, Daşaltıda, Zəngilanda yeni məscidlərin inşası dövlətimizin bu məsələyə xüsusi münasibətinin əyani göstəricisidir. Əminliklə deyə bilərəm ki, Azərbaycan dünyada öz tarixi-dini abidələrinə yüksək diqqət və qayğı göstərən, bu sahədə nümunə olan qabaqcıl ölkələrdən biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB