Həyəcan-təşviş pozuntusu insan psixologiyasında NƏLƏRƏ SƏBƏB OLUR? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

Həyəcan-təşviş pozuntusu insan psixologiyasında NƏLƏRƏ SƏBƏB OLUR? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Həyəcan-təşviş pozuntusu və yaxud həyəcan-təşviş oynaması dediyimiz narahatçılıq nevrostanik narahatçılıqlar içərisində günümüzdə daha çox rast gəlinən narahatçılığa çevrilib”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun psixoloqu Lalə Əhmədova deyib.

Psixoloq Lalə Əhmədova qeyd edib ki, qəfil ürək döyüntüsünün səviyyəsinin qalxması, çırpılma, boğulma hissi, nəfəs almaqda çətinlik çəkmə və həmin an "ölürmüş" kimi düşüncəsi o insana hədsiz böyük bir qorxu yaşadır: “Nəticə etibarilə həmin insan tez təcili yardıma zəng vurur. Həmin anda yeganə bir düşüncə var, "yəqin ki ürəyim dayanır". Çünki, ürək döyüntüsünün səviyyəsi normal səviyyədən çox-çox yuxarı çıxır, həmin anda hipertonik, yəni yüngül qan təzyiqinin oynaması da müşahidə oluna bilər və nəticə etibarilə həmin an o insanın düşüncəsi "artıq məndə ciddi bir narahatçılıq var, məndə nə isə baş verir, hal hazırda qəlbim dayanacaq" olur. O qorxu 3 dəqiqə ərzində atak şəklində olduğu üçün qorxu bitəndən sonra həmin insanda halsızlıq, yorğunluq başlayır. Bu narahatçılığın bir də təkrar olması qorxusu var”.

Psixoloq vurğulayıb ki, həmin insan ilk olaraq birinci növbədə bu cür narahatçılıqlarda kardioloqa müraciət edirlər: “Çünki, əlamətlər ürək döyüntüsü olduğu üçün ürəklə əlaqədar bir problem olduqlarını düşünürlər. Lakin ürəkdə, başqa orqanlarda bir narahatçılıq çıxmadığı üçün həkimlər nevrotik, yəni bu narahatçılığın psixoloji olduğunu onlara deyirlər və onlar daha sonra bizə müraciət edirlər. Narahatçılıq əslində nədir? Bunun təməlində nə durur? Əslində hər bir insanda həyəcan təşviş oynaması var və zaman keçdikcə bizim dopamin, hansı ki qorxu nəticəsində aktivləşən hormonumuzda problem yaranır və dopamində dağılma baş verir. Nəticə etibarilə həmin anda o insanda adrenalin, yəni həyəcan hormonu hədsiz ifraz olunmağa başlayır və qorxu, təlaş, ürək döyüntüsü və stress səviyyəsini, yəni kartizonun hədsiz yuxarı fırlaması olur. Bu zaman həmin insan panik-atak yaşayır. Bu, sırf nevrostanik və psixoloji bir narahatçılıqdır. Həmin narahatçılıq düzgün müalicə olunarsa, insan uzun illər bu narahatçılıqdan əziyyət çəkməyə bilər. Ancaq özünü qorumaq, stressdən uzaq durmaq, qəfil ölüm, itki, qəza kimi şeylərdə özünü qoruması mütləqdir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə