Antidepressant dərmanlardan istifadə ASILILIQ YARADIR? - NEVROLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ümumiyyətlə antidepressant preparatlar hal-hazırda bütün dünyada, eyni zamanda Azərbaycanda da kifayət qədər geniş istifadə olunur”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında nevroloq Nurlana Ağayeva deyib.

Nevroloq qeyd edib ki, nəzərə alsaq ki, son zamanlar istər cavanlarda, istərsə də yaşlılarda həyəcan, qorxu, əhval-ruhiyyənin enməsi, darıxma kimi şikayətlər tez-tez qeyd olunduğundan antidepressant preparatlar istifadə etmədən bunun üzərindən keçə bilmirik: “Antidepressant preparatlar asılılıq yaratmır. Bu dərmanları istifadə edən zaman müəyyən müddətlik, ən azı 3-6 ay arası təyin olunur və dərman istifadəsi fonunda bütün şikayətlər aradan qalxdıqdan sonra dərman ehtiyyatla kəsilir. Xəstənin həmin dövrdəki psixoloji vəziyyətini nəzərə alaraq dərmanı təyin edirik, sonra isə ehtiyatla dayandırırıq. Əslində asılılıq yaratmaması şərti ilə belə edirik və bununla da müalicəmiz tamamlanır. Dərman kimyəvi tərkibli olduğuna görə istənilən halda çox uzunmüddətli istifadə zamanı yan təsir göstərə bilir. Lakin xəstənin həmin andakı şikayətləri çox qabarıq olduğundan və bu vəziyyətdən çıxarmaq üçün bu preparatlardan istifadə edərək müalicəmizi təyin edirik və müəyyən müddət sonra nəticə aldıqda preparat istifadəsini dayandırırıq”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...