Bakıda sərxoş kişi özünü dənizə atdı

Bakıda sərxoş kişi özünü dənizə atıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, yanvarın 25-də saat 23:00 radələrində Dənizkənarı Milli Parkın ərazisində Qobustan rayon sakini Ü.Nəsirov sərxoş vəziyyətdə dənizə düşüb. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən o xilas edilərək xəstəxanaya yerləşdirilib.

Hazırda Ü.Nəsirovun vəziyyəti qənaətbəxşdir.

Bütün xəbərlər Facebook səhifəmizdə