Bakının mərkəzində işıqforlarda yaranan problem aradan qaldırılıb

Səhər saatlarından paytaxtın Şəmsi Bədəlbəyli küçəsi ilə Səməd Vurğun küçəsinin, eləcə də Mirzəağa Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində işləməyən işıqforlar artıq bərpa edilib.

SİA-nın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, ərazi üzrə elektrik verilişində yaranmış qısa fasilə səbəbindən küçələrin kəsişməsində quraşdırılan işıqforlar işləmirdi:“Artıq problem aradan qaldırılıb, işıqforların fəaliyyəti bərpa edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə