Qadağan edilmiş informasiyanı yayan sosial media istifadəçisi həbs olunub

KİV-lərdə yayılmış məlumatlara aydınlıq gətirmək məqsədi ilə bildiririk ki,”Facebook” sosial şəbəkəsinin “Yeniavaz.az” səhifəsində qanunla qadağan edilmiş informasiyanı yayan sosial media istifadəçisi Namiq Əliyev inzibati məsuliyyətə cəlb olunaraq Binəqədi rayon məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs olunub.

SİA xəbər verir ki, bu baradə Baş Prokurorluğun məlumatında deyilir.

Bildirilir ki, eyni zamanda, həmin informasiyanı öz internet informasiya ehtiyatından götürülməsi üçün qanunla nəzərdə tutulan tədbiri görməmiş saytın fəaliyyətinə cavabdeh olan hüquqi şəxs “Azərmedia” MMC barəsində inzibati icraat başlanılaraq Nəsimi rayon məhkəməsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə