İnsanlar niyə hələ də BATİL İNANCLARA İNANIR? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Bəzi insanların batil inanclara inanması onların qarşısına qoyduğu bir psixoloji fakta bənzəyir. Hansı ki, bu psixoloji faktın içərisində psixoloji hadisələrlə müqayisədə daha geniş dairənin əhatə olunması, əhvalın təzahürləri və eyni zamanda, cismani proseslər kimi obyetklər formalarını əhatə edən mənzərə nəzərdə tutulur”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

"Məhz buna görə də bəzən bizim inanclarımız batil inanclara inanan insanların və bu batil inancların bizim şüurumuza dərk edilməsində köməkçi vasitələrin insanlarıdır: “Çünki necə olur ki, biz bu inanclara doğru addımlar atırıq? İlk olaraq biz baxırıq ki, əgər bizim milli televiziyalarımızda da, saytlarımızda da, sosial şəbəkələrimizdə də hər gün bizim dinlədiyimiz, özümüzə uyğun olacaq bürclərimiz var ki, sanki beynimizi psixoloji olaraq o hissəyə yönəldib və həmin o deyiləcək astroloqun fikri ilə gün ərzində qarşımıza qoyduğumuz planları yaxşıca kənara çəkirik. Məsələn, bu gün bürcümüzdə bacardığınız qədər uzaq yol getməyin və yaxud digər hansısa bir misal gətirəcək məsələlərə nəzər salsaq baxacayıq ki, sən demə, bizim hər birimiz inanclara meyilli insanlarıq. Bu, təkcə bizim millətimizə xas olan xüsusiyyətlər deyil”.

Psixoloq vurğulayıb ki, biz baxarıq ki, ekstrasenslərin mövzuları gedir və yaxud digər türk kanallarında da buna uyğun olacaq məqamlar görürük: “Sadəcə olaraq, burada əsas önə çıxan psixoloji faktlardır. Bizim beynimizi inkişafa doğru aparan da həmin o psixoloji faktarın üzərində qurduğumuz düşüncələrimizdir, düşüncələrimizin üzərində qurduğumuz fikirlərimizdir. Fikirlərimiz bizim arzularımızdan, xəyallarımızdan irəli gəlir ki, biz o düşüncələrimizi yerinə yetirək. Bəzən bunun müəyyən yaş həddində istənilən uğurları əldə etmədikdə, insan öz daxili enerjisini çıxara bilmədikdə batil inanclara doğru addım atmağa başlayır. İnsanların da batil inanclara inanmalarının səbəbi psixoloji fakt olaraq onların inam hissini qaldırmaqdan ibarətdir”-deyə, psixoloq fikrini tamamlayıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə