Ağdama avtobus reysi üçün biletlər artıq satışda

Sabah Ağdam şəhərinə iki avtobus reysi təşkil olunacaq. SİA-nın məlumatına görə, avtobus reyslərinə biletlər artıq satışa çıxarılıb.

Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşrutları təşkil olunacaq. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq. İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olar. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...