Dünya bazarında qiymətlərin bahalaşması Azərbaycana da təsir edir - İQTİSADÇI ŞƏRH ETDİ

"Qarabağda kənd təsərrüfatının dirçəldilməsi ərzaq təhlükəzsiliyimizin təmin edilməsində mühüm rola malik olacaq”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı alim, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov bildirib.

Onun sözlərinə görə, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi 2021-ci ildə 10 illik maksimuma çatıb: "2021-ci ilin sonunda FAO-nun Ərzaq Qiymətləri İndeksinin orta dəyəri 125,7 bənd təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 28,1 faiz çoxdur. 2021-ci ildə dünya bazarında taxılın qiyməti 27,2%, qarğıdalının 44,1 faiz, buğdanın 31,3 faiz artıb, düyü isə 4 ucuzlaşıb. Habelə ət 12,7%, süd məhsulları 17%, bitki yağları 65,8%, şəkər 29,8% bahalaşıb. Bahalaşmaya əsas səbəblər karonavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan, bir sıra ölkələrin kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlətlər tədbiq etməsi, ixrac rüsümlarını artırması, ixracatçı ölkələrin daxili ərzq ehtiyatlarını artırmğa yönəlmiş siyasəti, əlverişsiz iqlim dəyişiklikləri, dünyada ərzağa, xüsusən də ekoloji təmiz məhsullara təlabatın artması kimi amillərdir.

İqtisadçı-ekspert hesab edir ki, yaxın onillikdə dünyada kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərinə hava şəraiti, iqtisadi artım və gəlirlərin bölgüsü, demoqrafik və qida rejimi dəyişiklikləri, texnoloji inkişaf və siyasi hadisələr təsir edəcək. Lakin bununla yanaşı, proqnozlara görə, tələb artımının yavaşlaması və gözlənilən məhsuldarlıq artımı fonunda real ifadədə qiymətlər tədricən azalmağa başlayacaq. Proqnoz orta müddətli tendensiyalara yönəlib, lakin kənd təsərrüfatı bazarlarında qiymətlərin qısamüddətli dəyişməsinə şərait yarada biləcək bir çox amillər və risklər də var. Belə ki, dünyada regional disbalans güclənir, idxal və ixraca ticarət məhdudiyyətlərinin tədbiqi ölkələrin ərzaq təhlükəsizliyinə və qidalanmaya, habelə fermerlər üçün vəsait və xammal mənbələrinə çıxışına neqativ təsir göstərə bilər.

Təbii resursların qiymətlərinin artması, davam edən qlobal pandemiya və gözlənilməz hava şəraiti 2022-ci ildə də bazar konyukturasının sabitləşməsi üçün çox az ümid yaradır. Bütün bunları nəzərə alsaq, Azərbaycanda da ərzaq təhlükəsizliyinin təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Çünki dünya bazarında qiymətlərin bahalaşması Azərbaycana da təsirsiz ötüşmür, idxal edilən kənd təsərrüfatı məhsullarının və ərzağın qiymətlərində artım qeydə alınıb. Keçən il ölkəmizdə ərzaq inflyasiyası 8,1% olub və ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşüb. Nəzərə almaq lazımdır ki, Azərbaycan 2021-ci ildə 2,1 milyard dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib ki, bu da ümumi idxalın 18%-ni idxalıfaizini təşkil edir. Yerli istehsal (ildə 1,9 milyon ton) tələbatı ödəmədiyindən ölkəmiz əlavə olaraq ildə 1,3-1,4 milyon ton buğda idxal edilir. Keçən il idxal buğdasının qiyməti bir ton üçün 253 dollardan 340 dollara qədər artıb. Bu isə unun və çörəyin qiymətinin artmasına təsir göstərdi. Müsbət haldır ki, pandemiyanın davam etməsinə baxmayaraq Azərbaycanda kənd təsərrüfatında artım meyilləri müşahidə olunur. 2021-ci ildə ölkədə kənd təsərrüfatı istehsalı 3,4 faiz artmaqla faktiki qiymətlərlə dəyəri 9,163 mlrd manat təşkil edib. Bunun da 4,652 mlrd manatı heyvandarlıq, 4,511 mlrd manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 4% artıb. ÜDM-in 5,9 faizi kənd təsərrüfatının payına düşüb.

Mahir Zeynalov qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövriyyəyə yeni məhsuldar və suvarılan minbit torpaqlar əlavə etməyə, kənd təsərrüfatı məhsullarının istehsalını davamlı artırmağa, bir sıra məhsullar üzrə idxaldan asılılığı azaltmağa, hətta ət və süd məhsulları ilə tam təmin etməyə, daxili təlabatı daha kefiyyətli və ekoloji təmiz məhsullarla zənginləşdirməyə, ixrac potensialımızı artırmağa imkan verəcək. Dünya bazarında ərzaq məhsullarına təlabatın artması və qiymətlərin yüksəlməsi, əlverişsiz iqlim dəyişiklikləri, pandemiyanın mənfi təsirləri, keyfiyyətli ərzaqla təminatın aktuallaşması fonunda Qarabağın iqtisadiyyatının yenidən qurulması və dirçəldilməsi Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verməklə mühüm rola malik olacaqdır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...