Ermənistanda koronavirusa 621 yeni yoluxma faktı qeydə alınıb

Ermənistanda son sutkada daha 621 nəfərdə COVID-19 aşkarlanıb. SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 349 329-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 8 026-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 519 nəfərdir. İndiyədək 333 857 pasiyent infeksiyadan sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...