Cəmi dörd hərfdən ibarət olan “dost” sözü əslində çox böyük məna kəsb edir. Bəziləri hər hərfin ifadə etdiyi mənaya uyğun olaraq baş hərfləri “dost” sözü ilə əlaqələndirir, bir çoxları isə bunu əməllərində biruzə verirlər. Dostluq təkcə insanlar arasında deyil, böyük tarixə, mədəniyyətə malik ölkələr arasında da olur. Buna ən gözəl nümunə Azərbaycan ilə qardaş Türkiyə arasında olan əsl dostluq və qardaşlıq münasibətləridir.
Ötən il sentyabrın 27-dən noyabrın 9-dək 44 gün davam edən İkinci Vətən müharibəsi rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları ilə əldə edilən parlaq qələbə nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin edildi. Torpaqlarımızın azad edilməsində dövlətimizə ən böyük dəstəyi qardaş Türkiyə Respublikası verib. Hətta belə demək mümkündürsə, Türkiyə torpaqlarımızı geri almaqda Azərbaycanla birgə mübarizə apardı.
Xalq şairi Bəxtiyar Vahabzadənin yazdığı şeirdə deyildiyi kimi:
Bir millətik, iki dövlət,
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət,
Azərbaycan! Türkiyə!
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu.
O da ulu, bu da ulu,
Azərbaycan! Türkiyə!
Dövlətimiz təkcə Türkiyə ilə deyil, digər ölkələrlə də dostluq əlaqələrindədir. Pakistan, Əfqanıstan, Bosniya və Hersoqovina, qonşu Gürcüstan, Ukrayna, İsrail, Moldova kimi ölkələr Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək olmaqla dost və qardaş ölkə olduqlarını bir daha sübut etdilər.
44 günlük Vətən müharibəsi çox aydın şəkildə göstərdi ki, ölkəmizin dostları kimlərdir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti səbəbindən ölkəmiz həm ikitərəfli münasibətlər zəminində, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməldə dəstək olan Türkiyə və Pakistan dövlətlərinin köməyi ilə Vətən müharibəsində olduğu kimi bu gün də davam edir.
Tarixə nəzər saldıqda əyani faktlar və konkret addımlar sübut edir ki, bir tərəfdə Ermənistanla sərhədlərini bağlayan Türkiyə dövləti idisə, digər tərəfdə Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr məhz Pakistanın dəstəyi ilə qəbul olunmuşdur. Bu iki dövlət qeyd-şərtsiz Azərbaycanın yanında olduğunu ilk günlərdən açıq şəkildə masa üzərinə qoymuşdur. Bu amil isə Azərbaycanın gücünə güc qatır.
Xalqımız Türkiyə və Pakistan ilə bağlı öz hisslərini müharibə zamanı ölkəmizin hər bölgəsində Türkiyə və Pakistan bayraqlarını dalğalandırmaqla göstərdi.
Sadalanana faktların hər biri Azərbaycan – Türkiyə - Pakistan münasibətləri haqqında dolgun təsəvvür yaratmağa imkan verməklə yanaşı, üç ölkə arasında dostluğun və qardaşlığın ən dərin və aydın təzahür forması olduğunu sübut edir.
Dövlətimizin başçısı, prezidentimiz İlham Əliyev Qarabağda gedən bərpa işlərində də dost ölkələrin Azərbaycana dəstək olduqlarını bildirərkən deyir: “Azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılqlı əlaqələrimizə ümid edirəm. Mən artıq demişəm ki, ilk növbədə yalnız dost ölkələrdən ölan şirkətləri cəlb edəcəyik”.
Dünyada belə ölkələr çoxdur, lakin onların arasında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər. Ərazilərin bərpası prosesi də bizə qardaş olan ölkələr tərəfindən dəstəklənəcək.
Ölkə başçımızın yürütdüyü daxili və xarici siyasətini dəstəkləyirik və vətəndaş kimi, dövlətimizin uğurlu siyasətinin hər bir ölkə vətəndaşının həyat tərzində müsbət dəyişikliyə səbəb olacağına inanırıq.
Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır.
Lalə Məlikova
Xəzər rayonu, Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB