Tortlarda istifadə olunan marsipan bədəndə davamlı qala bilir - DİEOTOLOQ AÇIQLADI

"Ümumiyyətlə bir çox şirniyyatların hazırlanmasında istifadə olunan müəyyən dadlandırıcılar və rəngləndiricilər insan orqanizmi üçün çox ziyanlıdır". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Leyla Zülfüqarlı bildirib.

Onun sözlərinə görə, bunların qida tərkibinə qatılan maddələr olduğu, ziyanın isə olmadığı deyilsə belə bunlar həqiqəti əks etdirmir: “Bu tip maddələr sağlamlığa öz mənfi təsirlərini tez bir zamanda göstərir. Çünki orqanizm tərəfindən sorulmayan qatqı maddələr kimi çöküntü əmələ gətirirlər. Metabolik qatqılar var ki, orqanizmdə toplanır və sonradan bu cür maddələri biz bədəndən atmaq üçün mübarizə aparırıq. Yəni orqanizm bütün resurslarını səfərbər edir. Amma bəzən bu cür çox çətin metobolik qatqılar kimi bədəndə toplanan maddələr xüsusilə, tortlarda da istifadə olunan marsipan orqanizmdə davamlı qala bilir. Təsəvvür edin bu cür maddələrlə zəngin qidaları biz çox yesək, marsipanları insanlar çox istifadə etsələr bunlar bədəndə yüklənəcək. Sonra bədənin təmizlənməsi zamanı qaraciyər kimi çox vacib orqanlarımız əziyyət çəkir. Buna görə də insanlar əslində ən təbii maddələrdən istifadə etməlidirlər. Əslində, görüntü, gözəllik verən bu cür maddələr ziyandan başqa heçnə vermir. Xüsusilə də marsipan yalnız gözəllik verə bilər torta, başqa heçnə. İnsanlar isə onu qətiyyən dadmamalıdırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə