"Fobiya - bir şeylərə (hündürlüyə, qapalı yerə, həşəratlara, heyvanlara..) qarşı yaranan qorxudu ki, bu da şəxsin gündəlik həyatına mənfi tərəfdən təsir edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Mahuxanım Teymurova bildirib.
Onun sözlərinə görə, fobiyalar cəmiyyətdə çox tez-tez rastlaşdığımız anksiyete (narahatlıq) pozğunluğudur: "Freud fobiyanı şüuraltı münaqişələr olaraq tanımlayır.
Müxtəlif fobiyalar var. Bunlardan biridə "aqrofobiya" (acrophobia) yəni yüksəklikdən qorxma fobiyasıdır. Ya şəxsin keçmişdə yüksəkliklə əlaqəli mənfi təcrübə, böyük bir qəza, gördüyü bir hadisə və ya ailəsinin hündürlüklə əlaqəli göstərdiyi reaksiyalar aqrofobiyanın yaranmasına səbəb ola bilər.
Bu insanlar hündürlükdə olduqların xəyal belə edəndə qorxu hiss edirlər. Bu zaman onlarda bəzi simptomlar müşahidə olunur.
•Ürəyin sürətli döyünməsi
•titrəmə
•üzün qızarması
•soyuq tərləmə
•nəfəs darlığı
•udqunmada çətinlik və s..
Aqrofobiyanın müalicəsi üçün psixolojik dəstək almaqları mütləqdir".
Bütün xəbərlər Facebook səhifəmizdə