Uşaqlar niyə bağçaya getmək istəmirlər? - PSİXOLOQ AÇIQLADI

“Uşaqları bağçaya getməmişdən öncə əvvəlcə bağçaya alışdırmaq lazımdır. Bilirsiniz ki, 2 yaş 10 aylıqdan sonra müasir dövrümüzdə uşaqlar bağçaya getməyə başlayırlar”.

Bu sözləri SİA-ya verdiyi açıqlamasında psixoloq Elnarə Ceray söyləyib.

Psixoloq bildirib ki, uşağı valideyn öncə psixoloji olaraq hazırlamalıdır: "Bağçaya gedən azyaşlını ən azı bir həftə ərzində bağçaya gedirmiş kimi səhərlər oyadıb, günorta saatları yatırıb, axşam da tez yatağa göndərmək lazımdır. Təbii ki, onlar bütün gün adət etdikləri qaydara alışdıqları üçün bağçaya getdikdən sonra gündəlik yaşam üsulları dəyişir. Bəllidir ki, bağçada uşaqların səhər yeməyinin saatı, nahar va yatmaq saatı eyni zamanda da oyun saatları vardır. Bu səbəbdən də bəzi uşaqların bağçaya adaptasiya dövrü çətin olur. Əsasən valideynlərinə daha çox bağlı olan, evin tək ərköyün böyüyən uşağı, başqa uşaqların arasına düşəndə dəyişən mühit şəraitinə uyğunlaşa bilmirlər. Sərbəst olaraq oynadığı mühitdən nizam-intizam tələb edən mühitə keçdiyi zaman çətinliklər yarana bilər".

Psixoloq Elnarə Ceray həmçinin qeyd edib ki, elə ailələr də vardır ki, asosial ailədir, uşaq cəmiyyətə daxil olduqda özünü yaxşı göstərə bilmir, ağlamağa başlayır:"Bağçaya gedən uşaqların bir ay ərzində sınaq dövrü olur. Onlar bu müddət ərzində daim ağlayır, yuxudan oyanmaq və bağçaya getmə istəmirlər. Çünki istədikləri zaman yeməyə-içməyə, rahat yatıb-durmaq şəraitinə alışıblar. Əgər uşaq bağçaya getməkdən imtina edirsə, demək bağça ona maraqsızdır. Buna görə gözəl əyləncəli olması üçün bağçada ilk növbədə gündəlik maraqlı oyunlar təşkil etməlidir".

Psixoloq bunu da əlavə edib ki, tərbiyəçi və müəllimə tərəfindən uşağa neqativ münasibət bağçaya getmək istəməməsinə səbəb ola bilər.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...