Smart kartlarına pul yüklənməsi problemi aradan qaldırıldı?

Ötən gün Azərbaycanda aparıcı ödəmə terminallarından biri olan "E-manat"ın sistemində problem yaranıb. "Azəriqazın" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkün olmayıb.

SİA xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən "E-manat"ın marketinq üzrə mütəxəssisi Ayşə Həsənova bildirib ki, problem artıq tam olaraq aradan qaldırılıb.

O qeyd edib ki, "E-manat" terminallarında problem 16 dekabr səhər saatlarından başlayıb və dünən gecə saatlarınadək davam edib: "Dünən günün sonunda mütəxəsislərimiz terminallarda yaranan problemi aradan qaldırıblar. Bütün müştərilər "E-manat" terminallarına yaxınlaşaraq Azəriqaz ödənişini bərpa edə bilər. Qeyd edək, bu yalnız Azəriqaz, smartkart və NFC kartlarda problem olub.Bildirişli ödənişlərdə heç bir problem olmayıb", - mütəxxəsis bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...