"Bildiyimiz kimi doğum sonrası depressiya zamanı hamiləlik dövründə qadın orqanizmində dəyişikliklər baş verir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında mama-ginekoloq dr.Ləman Əliyeva deyib.
.jpg)
“Eləcə də o hormonal dəyişikliklər qadın doğum etdikdən sonra dərhal normasına düşmür, bu hormonlar müəyyən bir müddət davam edir. Bəzi qadınlarda doğum sonrası depressiya hansı əlamətlərlə başlayır? Bu qadınlarda ruh düşkünlüyü olur, qorxurlar, çəkinirlər, sanki hər şeyin yolunda getməyəcəyini, uşağa normal baxa bilməyəcəklərini, gücsüz olduqlarını düşünürlər və onlara səbəbsiz yerdən ağlamaq hissi gəlir. Bu da bir müddət bitki tərkibli sakitləşdiricilərlə və yaxud psixoterapevtlərin seansları ilə keçib gedə bilir. Təbii ki, bunun çox ağır formaları da var, o zaman artıq daha ağır müalicələr tələb olunur. Ağır hallar olaraq isə psixi vəziyyətin daha ağır formalarını nəzərdə tuturam. Həmin qadınlar ümumiyyətlə danışmır, heç bir suallara cavab vermirlər, reaksiya göstərmirlər. Bu isə ağır psixi durumdur ki, bununla isə psixiatr məşğul olur”.-deyə, L.Əliyeva fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB