Yer üzündə həyatın zaman-zaman sona çatması və bəşəriyyətin yox olması ilə bağlı müxtəlif qiyamət ssenariləri gündəmə gəlir. Yadplanetlilərin hücumu, böyük meteoritin Yerlə toqquşması, süni intellektin müharibə elan etməsi və s. kimi ehtimalların meydana çıxa biləcəyi vurğulanır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2018-ci ildə dünyasını dəyişən məşhur fizik Stiven Hokinq də bu barədə xəbərdarlıq edib.
Lewis Walker adlı şəxs bəşəriyyətin sonu ilə bağlı yeni bir müzakirə başladıb. İngiltərədə doğulub böyüdüyünü deyən Lewis 4413-cü ildən gəldiyini ifadə edərək gələcəklə bağlı qan donduran açıqlamalar verib. O, bir neçə il nazirlikdə işlədiyini bildirən zaman səyyahı 1977-ci ildə çox gizli vaxt maşınının sınaq missiyası üçün seçildiyini deyir. Ona bu Tapşırığa görə 250.000 funt sterlinq ödəniş olunub. Onun sözlərinə görə bu zaman maşını insanlara 2028-ci ildə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB