Dondurulmuş qidalardan istifadə insan orqanizmini məhv edir - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

“Supermarketlərdə satılan dondurulmuş qidalar polifabrikatlar adlanır. Bildiyimiz kimi onların bir çoxunda ət məhsullarından və ya tərəvəzlərdən istifadə olunur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məshəti Hüseynova bildirib.

Onun sözlərinə görə, təbii şəkildə biz onları hazırlasaq həmin qidalar 1-2 gün ərzində yeyilməlidir: “Lakin mağazalardan alınan bu cür qidaların 1 aydan 3 aya kimi saxlanılma müddəti olur. Təbii ki, bu məhsulların uzunmüddətli saxlanılması üçün qidanın tərkibinə rəngini, qoxusunu, formasını dəyişməməsi üçün müəyyən kimyəvi qatqılı maddələr vurulur. Həmin maddələr də, insan orqanizmasında həll olmadığı üçün orqanizma və immun sistemi kəskin şəkildə ziyan görür. Əlavə olaraq demək istərdim ki, eyni zamanda həmin məhsulların tərkibinə “Çin duzu” adlandırılan və E621 kimi tanınan mono sodyum qulikanatdan geniş şəkildə istifadə olunur. Ona görə də bu qidalar ağızda ənənəvi dad reseptorlarını korladığı üçün asılılıq yaradaraq insanlarda ənənəvi qidalardan zövq alma hissini itirir. Bu faktor da dondurulmuş qidalara olan tələbatı kəskin şəkildə artırır. Qida mütəxəssisi olaraq bu cür məhsulların istifadəsinə tamamilə qarşıyam. İnsanlar bu qidalardan istifadəni dayandırmalıdırlar. Xüsusilə gənclərin bu kimi qidalara marağı daha çoxdu. Yarımfabrikat adlandırılan bu məhsullar insanlarda mədə xərçənginə, yaddaş zəifliyinə, fiziki geriləməyə, həzm sisteminə və ən əsası qaraciyər böyrəklərin sıradan çıxmasına gətirib çıxardır. Bu məhsulların digər bir zərərli səbəbi plastik qablarda saxlanılmasıdı. Həmin qidaların plastik qablarda saxlanıldıqda mikro orqanizmlər çoxalır və belə olduğu halda orqanizm üçün bir çox fəsadlara yol açır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə