ÜST koronavirusun müalicəsi üçün iki yeni dərman tövsiyə edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupu COVID-19 xəstələrinin müalicəsi üçün iki yeni preparatı tövsiyə ediblər.

SİA-nın məlumatına görə, bu barədə ÜST-ün bəyanatında bildirilir.

"Eli Lilly and Company" şirkətinin istehsalı olan barisitinib və "GlaxoSmithKline Xevudy"nin məhsulu olan sotrovimab ÜST ekspertləri tərəfindən səmərəli hesab olunub.

Revmatoid artrit üçün də istifadə olunan barisitinib preparatının kortikosteroidlərlə birgə xəstəliyin ağır formalarında qəbul olunması tövsiyə olunur.

Sotrovimab preparatının isə xəstəliyin yüngül keçən formalarında qəbulu məsləhət görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə