Xəzərdə üzən gəmilərə xəbərdarlıq edilib

Xəzərdə üzən gəmilərə xəbərdarlıq edilib

Yanvarın 13-ü günün ikinci yarısından başlayan küləkli hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər akvatoriyasında üzən gəmilərinə xəbərdarlıq göndərilib.

Bu barədə SİA-ya ASCO-dan məlumat verilib.

Mövcud hava şəraitinə görə, gəmilərin təhlükəsiz sığınacaqlara getməsi təmin olub.

Yanvarın 15-i səhər saatlarından etibarən gəmilərin müvafiq qaydada yenidən fəaliyyətlərinin davam etdirəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə