DİN uşağı vuran tərbiyəçi barədə araşdırmaya başlayıb

DİN uşağı vuran tərbiyəçi barədə araşdırmaya başlayıb

Sosial şəbəkələrdə uşaq bağçalarının birində körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər yayılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bağçada tərbiyəçi qadın uşağın çörəyi ağzında saxlamasını istəyir, bunu etməyən uşağın başına şillə vurur.

Körpəyə qarşı şiddəti əks etditən görüntülər sosial şəbəkələrdə geniş müzakirə və sərt tənqid olunur.

DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntüdən xəbərdardırlar:

“Məsələ barədə araşdırma aparılır”.

Bütün xəbərlər Facebook səhifəmizdə