Özünü göstərməklə real həyatlarını gizlədirlər - PSİXOLOQ MÖVQE BİLDİRDİ

Özünü göstərməklə real həyatlarını gizlədirlər - PSİXOLOQ MÖVQE BİLDİRDİ

"Ümumiyyətlə, bəzi insanlar gündəlik həyatlarında göstərişi sevirlər". Bunu SİA-ya açıqlamasında psixoloq Elnarə Ceray deyib.

Psixoloq qeyd edib ki, bu tip insanlar hər anı, hər saniyəni göstərməyi, paylaşmağı sevirlər. Belə insanlara demostrativ insanlar deyirlər. Bu insanlar diqqəti cəlb etməyi və gündəmdə qalmağı sevirlər. Bəzi insanlar isə bütün günü özünü paylaşır. Bu selfinizm xəstəliyi kimi özünü göstərir. Belə insanlar özlərini bütün günü paylaşır ki, gündəmdə və insanların xatirində qalsın. Düzdür, bəzi insanlar işi ilə əlaqədar olmayaraq bütün günü öz şəkillərini paylaşır, özünü nümayiş etdirir, təbii ki, bunun da bir çox səbəbləri var.

Elnarə Ceray bu barədə fikirlərini belə izah edib: "Bu da insanın özünə dəyər verib, özünü daha çox sevməsindən irəli gəlir. Bu da təbii ki, narsizmin göstəricisidir ki, onlar bütün günü özü ilə məşğuldur. Yəni bütün gün özünü çəkib, özünü, öz işini göstərib, sırf diqqət çəkib gündəmdə qalmaq istəyən insanlar buna daha çox önəm verirlər. Bəzi insanlar da var ki, özünü göstərir, lakin onun arxa planına baxanda həyatının o cür olmadığı görülür. Sadəcə, kiməsə inad olaraq gündəlik öz şəkillərini, getdiyi məkanları, yediyi yeməkləri paylaşaraq qarşı tərəfin fikrini yayındırmağa çalışır. Yəni insanlara yalançı həyat tərzi təqdim edirlər. Ancaq bu şəxslərin paylaşımlarının arxa planına baxdıqda görürsən ki, məsələnin kökündə fərqli şeylər durur. Görürsən ki, tamamilə, heç də xoş olmayan, heç də ürəkaçan həyat keçirməyən insanlar bu paylaşımı edib. Sadəcə, dəbdəbəli şəkillərlə özünü göstərməklə real həyatlarını gizlədirlər. Bu da diqqət çəkməyin bir növüdür".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə