Son zamanlarda ermənilər yenidən təxribata əl ataraq Kəlbəcər istiqamətində, həmçinin bir sıra şəhərlər və kəndlər istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub. Görünən odur ki, Ermənistan tərəfi hələ də özərinə düşən öhdəliklərdən boyun qaçırır. İmzaladığı bəyannamələrin şərtlərinə əməl etmir. Bəs bu nə vaxta qədər davam edəcək? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik və onların fikirlərini aldıq.
Şəhər sakini Teyyub Manafov: “Erməni tərəfinin belə hərəkətləri gözlənilən idi. Çünki onlar heç zaman öz sözləri üzərində durmayıblar. Hər zaman xainlik edirlər. Bunun qarşısını almalıyıq. Çox sərt şəkildə cavab verməliyik ki, onlar belə hərəkətlər etməkdən əl çəksinlər”.
Şəhər sakini Pərvin Kiani: “Çox təəssüflər olsun ki, biz hələ də bu hallarla qarşılaşırıq. İstəməzdik ki, belə hallar baş versin. Biz nə qədər altdan alsaq da ermənilər öz əməllərindən geri qalmırlar. Hər zaman gərginlik yaradırlar. Üçtərəfli bəyannamələri imzalayırlar, amma heç birinə əməl etmirlər”.
Şəhər sakini Əli Quliyev: “İnsanın gərək düşməni də mərd ola. Neçə ildir ki, torpaqlarımız düşmən tapdağı altında idi. Ali Baş Komandanımız və Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdilər. Onlara böyük bir dərs verdilər. Amma paxıl qonşularımız hələ də bunu həzm edə bilmirlər. Ona görə hər dəfə təxribatlar törədirlər. Onlar nə qədər təxribatlar törətsələr də biz onların oyunlarının bir hissəsi olmayacağıq. Biz hər zaman öz sözümüzü demişik və arxasında da dayanmışıq”.
Şəhər sakini Nəzakət İsayeva: “Ümumiyyətlə ermənilər hər zaman çalışırlar ki, təxribatlar törətsinlər. Hər zaman problem yaratmaq istəyirlər. Bu yersiz və faydasız əməllərindən əl çəkməlidirlər. Belə təxribatlar ancaq onların ziyanınadır. Bütün dünyaya özlərini tanıdırlar”.
Şəhər şakini Eldar Ağayev: “Ermənilərin necə bir xalq olduğunu biz çox yaxşı bilirik. Bu hərəkətlərlə də özlərini dünyaya tanıdırlar. Artıq onlar başa düşməlidirlər ki, geri dönüş yolları yoxdur. Bu təxribatlara birdəfəlik son verməlidirlər”.
Şəhər sakini Leyli Məmmədova: “Azərbaycan dövləti erməni təxribatlarının qarşısını hər zaman alıb. Düməni cavab atəşi ilə yerindəcə susdurub. Rus sülhməramlıları guya sərhəddə atəşkəsi qoruyur. Amma belə təxribatların olması onları içdən-içə sevindirir. Onlar sərhəd bölgələrdə gərginliyin olması istəyirlər”.
Şəhər sakini Aynur Hüseynova: “Bununla ermənilər neçənci dəfədir ki, atəşkəsi pozurlar. Nəyə güvənib bu təxribatları edirlər o da bilinmir. Elə bilirlər ki, onların elədikləri yanlarına qalacaq. Dünya onların tərəfində olacaq. Amma artıq bütün dünya onların necə bir dövlət olduğunu görüb. Nə qədər təxribatlar törətsələr də Azərbaycan ordusu cavab atəşi ilə düşməni susduracaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB