ABŞ-da 2021-ci ildə illik əsasda 7%-lik qiymət artımı qeydə alınıb.
SIA-nın xəbərinə görə, bu, 1982-ci ildən indiyədək qeydə alınan ən yüksək göstəricidir.
İl ərzində enerji 29.3, ərzaq məhsulları isə 6.3% bahalaşıb. Dekabrda inflyasiyada cüzi geriləmə baş versə də, səviyyə yüksək olaraq qalır. İnflyasiya ümumi olaraq 5.5% təşkil edib ki, bu da 1991-ci ildən sonra ən yüksək göstəricidir.
Ekspertlərin qənaətinə görə, Omikron ştamı səbəbindən karantin tətbiq ediləcəyi halda təchizat zənciri pozulacaq. Bu da bahalaşmaya və inflyasiyanın artması ilə nəticələnəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB