Mənim uşaqlıqdan ən sevdiyim peşə saatsazlıq olub. Amma evdə hər zaman bərbər olmağımı istəyiblər. Bu sözləri SİA-ya açıqlamasında saatsaz Hacı Fətəliyev bildirib.
.jpg)
Onun sözlərinə görə, həmin dövrdə biz Sumqayıt şəhərində yaşayırdıq: "Bir qohumumuzdan mənə bərbər peşəsini öyrədəcək bir yer tapmasını istədi ailəm. O da belə bir yer tapır, amma oradakı rəhbər şəxs isə dərzi peşəsini öyrənməyimi məsləhət görür. Daha sonra isə mən dillənərək fikrimi öyrənməklərini istədim. Bildirdim ki, mənim əsas marağım saatsaz peşəsinədir. Rəhbər şəxs məni peşəkar yəhudi saatsazın yanına göndərdi. Artıq 1971-ci ildən mən həmin ustanın yanında şagird olaraq çalışmağa başladım. Bunun müddəti 6 ay idi və o zaman şagirdlərə pul da verilirdi. 6 aydan sonra sevinə-sevinə məni ora göndərən qohumumum yanına getdim ki, artıq şagirdlik dönəmim bitdi, işləyə bilərəm. O isə məni daha bir 6 ay şagird olaraq öyrənməyim üçün ərizə yazmağa apardı. Mənə pulu hər zaman qazanmağın mümkün olduğunu, əsas sənəti öyrənməyin vacibliyini bildirdi. 6 ay daha yəhudi ustanın yanında fəaliyyət göstərdim. Ustam da məni çox bəyənirdi. Həmişə mənə deyirdi ki, sən çox mahir usta olacaqsan. Hətta illər sonra yanına ziyarətə getdikdə gördüm ki, qocalıb, gözləri də zəifləyib. Ustam məni görəndə çox sevindi. Gözü yaxşı görmədiyi üçün saatın çarxını yerinə oturda bilmirdi. Mən saatı götürüb elə ayaq üstdə çarxı düzəltdim. Ustam bu peşəni davam etdirdiyimi görüb çox sevindi. Həmin an mən düşündüm ki, dünya miqyasında tanınmış bir usta olmalıyam. Düzdür, bəzən özüm özümə də gülürdüm ki, mən hara dünyaca məşhur saatsaz olmaq hara. Amma mən bu sənəti çox sevmişəm. Uşaqlığımdan bəri hər zaman saatsaz olacam deyirdim. İlk dövrlərdə Sumqayıtda işləyirdim. Hətta uşaq olmağıma baxmayaraq deyirdilər ki, Sumqayıtda belə bir uşaq işləyir. Yanıma çox insan gəlirdi mən də hər zaman uğurlarıma sevinirdim. Bu sənət məni çox uzaqlara apardı. Həmişə deyirəm ki, mən bu sənətə qul kimi gəldim, padişah kimi gedirəm. Bəzi hadisələr məni bəzən çox kövrəldir. Xüsusilə də insanların məni tanıması, yolda gördükdə uşaqlarına mənim haqqımda məlumat verməsi kövrəlməyimə səbəb olur. Eyni zamanda qürur hissi də keçirirəm ki, mən öz əziyyətimlə bu yerlərə gəlib çıxa bilmişəm.
Mən dünyada düzəldilə bilməyən bütün saatlara baxıram. Hər birini də təmir edə bilirəm. Bəzən olur ki, ehtiyat hissələrini tapa bilmədiyim saatları başqa saatalardan taparaq təmir edirəm. Hətta bəzi şüşələri belə əlimlə düzəldirəm. Adi butulkaların şüşələrini kəsib düzəldirəm. Eyni zamanda pəncərə şüşəsini yonub saata şüşə düzəldirəm. Bəzi şüşəsi qırılmış divar saatları gətirirlər. Hnası ki, onların şüşəsi çoz qalın olmur. Daha nazik olur və gözəl görünür. Mən həmin o şüşələrdən müxtəlif fiqurlu şüşələr düzəldirəm. Bunları mənə ustam öyrətməyib, mənim marağım olduğu üçün özüm araşdırıb öyrənmişəm. Bunları edə bilmək üçün uzun müddət vaxt sərf edib öyrənmişəm. İndi qazandığım nailiyyətlər də o vaxt ki, əməyimin bəhrəsidir. Hər il yenilənmiş saat katolaqlarını alıram. Diqqət edirəm ki, yeni hansı markalar yaranıb onlar nədən istifadə edirlər. Mənə çox insanlar müraciət edirlər. Saatlarda əsasən insanlar diqqətsiz yanaşdıqları üçün şüşüləri ilə bağlı problemlər yaranır. Ümumiyyətlə saatlar 5 cür olur. Yerdən qoyulan saatlar, divar saatları, stolüstü zəngli saatlar, cib saatları və qol saatları mövcuddur. Yerdən qoyulan saatları gətirmirlər, usta özü gedir onları düzəltməyə. Mən bu beş növ saatların hər birini düzəldirəm. Lakin yerimin dar olması mənə biraz əziyyət verir. Mən müxtəlif formalı saatlar da düzəldirəm. Məsələn bu saatda əqrəblərin geri işləməsini təmin etmişəm.
.jpg)
Rəqəmləri də əks tərəfdən düzmüşəm. Lakin saat düz işləyir. Eyni zamanda bu saatda isə vaxtı düz göstərməsinə baxmayaraq saniyə əqrəbi geri işləyir.

Bunlardan başqa da cürbəcür saatlar düzəldə bilirəm. Mən bunlardan zövq alıram. Düzəltdiyim ən bahalı saatın qiyməti isə 196000 dollar olub. Ümumiyyətlə düzəldə bilmədiyim saat yoxdur. Bunun nəticəsidir ki, bütün respublikada məni tanıyırlar. Mənim haqqımda bir neçə sənədli filmlər belə çəkilib. Ulu Öndərimiz Heydər Əliyev o qədər sadə insan idi ki, mən onla tanış olduğum üçün özümü çox şanslı hiss edirəm. Ulu Öndərimiz də mənim işlərimi çox yüksək səviyyədə qiymətləndirirdi hər zaman. İndi isə onun ideologiyalarını cənab Prezident İlham Əliyev davam etdirir. Mən İlham Əliyev ilə 3 dəfə görüşmüşəm. Bu çox qürurverici bir hisdir. Ulu Öndərimiz kimi cənab Prezident İlham Əliyev də hər zaman mənim işlərimə qiymət verib. Mən istərdim ki, Ulu Öndərimiz Heydər Əliyevin yubileylərinə çox gözəl bir saat istehsal edək. Mən də həmin heyətin içərisində olum və İsveçrəyə gedib, xammal seçək. Bütün materialları özüm seçim və çox gözəl, ekskuliziv bir saat ərsəyə gətirək. Hnası ki, o saatdan dünya üzərində tayı-bərabəri olmasın. Eyni zamanda arzu edirəm ki, dövlətimiz böyük bir saatsaz emalatxanası təsis etsin. Biz ustalar da orda cəmləşək və öz işimizi davam etdirək. Şagirdlər qəbul edib, bu peşənin davam etməsini təmin edək. Bakıda hazırda çox saatsazlar var. Amma onlar sadəcə kəmər, batereya dəyişməklə məşğuldurlar. Bu sənətin özü deyil. İşini bəyəndiyim 7-8 usta var ki, onlar sənətin özü ilə məşğuldurlar. Buna görə də istərdim ki, bu cür ustaların cəmləşdiyi bir emalatxana olsun. Mənim yanıma tək Azərbaycanın müxtəlif yerlərindən deyil, xaricdən gələnlər də var. Hansı ki, Almaniyada yaşayan həmyerlimiz çox bahalı bir saatını bir çox ölkələrdə təmir üçün göstərsə də bu səylər heç bir nəticə verməmişdi. Sonra isə icra hakimi olan bir dostu Bakıya gəlməsini burada o saatı düzəldəcəyini vəd edib. Həmyerliyimizdə təbii ki, işlədiyim yeri gördükdə düzəldə biləcəyimə dair şübhələr yaranıb. Hətta təmir zamanı saatı hissələrinə ayırıb, bunun da şəklini çəkib göndərdiyim də saatının düzələcəyi ilə bağlı bütün ümidləri də ölüb. Lakin mən o saatı təmir etdim. Elə buna görə də qapıya yazmışam ki, təmir edilməyən saatlar təmir olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB