Uşaqların internetdən asılılığı NƏDƏN QAYNAQLANIR? - CƏMİYYƏTİN BAXIŞI - SORĞU
İnternet istifadəçiləri arasında uşaqlar üstünlük təşkil edir. Müasir dövrün uşaqlarını internetsiz təsəvvür etmək artıq mümkün deyil. Hətta kiçik yaşlı uşaqların belə, gününün çox hissəsi internetlə bağlı olur. Mütəxəssislər internet, telefon, planşet, kompüter istifadəsinin azyaşlılarda bir çox problemlərə səbəb olduğunu bildirirlər. Bəs əslində uşaqlar hansı dövrdən internetdən istifadə etməlidirlər? Bununla bağlı qaydalar necə olmalıdır? Mövzunun aktualığını nəzərə alaraq Səs İnformasiya Agentliyi olaraq şəhər sakinlərinin fikirlərini öyrəndik.

Şəhər sakini Kəmalə Zeynalova: “Uşaqların internetdən yayınması üçün əsasən onları kitaba cəlb etmək lazımdır. Bildiyiniz kimi internetdə çox lazımsız və qeyri-etik reklamlar verilir. Uşaqlar da sosial şəbəkələrə girərkən həmin reklamların şahidi olurlar. Buna görə də valdeyinlər əsasən uşaqlarını yayındırmaq üçün onlara əlavə məşğuliyyətlər tapmalıdı. Belə olduğu halda da onların internetdən isdifadəsi üçün boş vaxt qalmayacaq”.
Şəhər sakini Nizami Aslanov: “Mən müasir informasiya texnologiyalarının həyatımıza daxil olmasının əleyhinə deyiləm. Lakin insanların xüsusilə də, uşaqların saatlarla kompyuterlə, telefonlarla və planşetlərlə isdifadəsinə qarşıyam. Mən belə zənn edirəm ki, uşaqların bütün günü informasiya axınının içərisində olması onlara həm zehni, həm də fiziki cəhətdən ziyan vurur. Hər şeydən əlavə bu prosesdə valdeyinlərin rolu çox böyükdür. Mən uzun müddətli təcrübəmə əsaslanıb deyə bilərəm ki, bizim valdeyinlər uşaqları ilə söhbət etmir və onların problemlərini dinləməyə can atmırlar. Hər bir valdeyinin problemi nə qədər çoxdursa, problemlər içində iti-batsalar da, öz uşaqları ilə maraqlanmalıdırlar".
Şəhər sakini Gülnarə Nəbiyeva: “Mən 4 uşaq anasıyam və heç bir uşağıma erkən yaşlarından telefon verməmişəm. Onları telefondan yayındırmaq üçün musiqiyə, rəsqə və idmana yönləndirmişəm. Ümumiyyətlə uşaqları hər bir mənada analar idarə edir və düzgün şəkildə onları böyütmək bizim əlimizdədi”.
Şəhər sakini Vasif Eminov: “Cəmiyyət inkişaf etməsi üçün kommunikasiya vasitələrindən xüsusilə də, internetdən istifadə etməlidir. Düşünürəm ki, yeniyetmələrin və uşaqların internetdən istifadə etməsi çox yaxşı bir haldı. Təkcə internetin yox hər bir şeyin artığı ziyandır. Yəni internetdən müəyyən çərçivələr içərisində istifadə olunarsa mənə görə heç bir ziyanı yoxdur”.

Şəhər sakini Xədicə Əsədova: “Mən bacardığım qədər uşağımı internetdən uzaq tutmağa çalışıram. Təxminən 1 ay bundan əvvəl övladım o dərəcədə planşetə bağlı olmuşdur ki, artıq mən məcbur qalıb onun əlindən həmin planşeti aldım. Sonra onun əlindən o planşeti alanda qorxdum ki, bu uşaq planşetsiz necə qalacaq. Amma sonra artıq o da bu prosesə öyrəşdi. İndi isə artıq həftənin yalnız şənbə və bazar günləri telefondan isdifadə etməyə icazə verirəm. Düşünürəm ki, onsuz da övladlarımızı müəyyən yaş dövrünə kimi telefondan isdiafəsinə məhdudiyyətlər qoya bilərik”.
Şəhər sakini Arzu Yəhyayeva: “Hal-hazırda mən evli deyiləm. Amma valideyin olanda övladıma müəyyən yaşa qədər telefonla istifadəsinə icazə verməyəcəm. Lakin istifadə etmək üçün məqbul bir yaş dövrünə gəldikdə isə təbii ki, hamının internetdən və sosial şəbəkələrdən isdifadə etməyə ehtiyacı var və məhz buna görə də yaşı çatdıqda istifadəsinə icazə verərəm”.

Şəhər sakini Samirə Həsənova: “Mən ümumiyyətlə əvvəldən övladımı telefona öyrəşdirməmişəm. Mənim telefonuma heç maraq göstərməsə də, axşam atası evə gələndə artıq onun telefonla isdifadə etdiyini görüb, o da telefonla oynamaq istəyir. Uşaqların kompyuterlərlə istifadəsinə qarşı deyiləm. Çünki bu zaman artıq onlar "notebook"lardan necə istifadə olunması haqqında müəyyən məlumata sahib olurlar. Amma zombi kimi bütün günü telefonlardan və internetdən istifadə etməklərinə tamamilə qarşıyam. Bunların hər biri uşağın zehni və gözünə çox zərərlidir”.
Şəhər sakini Aynurə Qulamlı: “Uşaqların gündə ən azı internetdən 1-2 saat istifadə etməkləri məncə, daha məqsədə uyğundur. Mənim övladım rus dilini “Youtube”da cizgifilmlərinə baxmaq nəticəsində öyrənib. Buna görə də mənim fikrimcə, uşaqlar müəyyən saatlarda internetdən istifadə etsələr heç bir mənfi hal baş verməz".
Şəhər sakini Könül Eyvazova: “Bu mövzu bütün valideyinlərin ən aktual problemidi. Mən övladıma yalnız yemək yeyərkən telefondan istifadə etməsinə icazə verirəm. Çünki mənim övladımın görməsində müəyyən problemlər var. Bunun üçün də o, telefondan nə qədər az istifadə etsə, bir o o qədər yaxşıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB