Qadınların yaşını niyə gizlətməsinin MARAQLI MƏQAMLARI AÇIQLANDI - PSİXOLOQ DANIŞDI

Qadınların yaşını niyə gizlətməsinin MARAQLI MƏQAMLARI AÇIQLANDI - PSİXOLOQ DANIŞDI

"Ümumiyyətlə cəmiyyətimizdə belə bir formalaşmış fikir var ki, qadından yaşını, kişidən də qazancını soruşmazlar. Ona görə də qadınların yaşlarını gizlətməsi öyrədilmiş psixilogiyadan qaynaqlana bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, yaş artdıqca sanki qadınlarda kompleks yaranır: "Onlar düşünürlər ki, bir qadın kimi heç kim məni bəyənmir, bir qadın kimi cəmiyyətdə dəyərləndirilmirəm. Özgüvənlərində, psixologiyasında problem olan, cəmiyyətdə öz yerini tuta bilməyən, özünü təsdiq edə bilməyən qadınlar bu cür fikirləşə bilər. Təbii ki, onun yaşı ona heç bir zərər gətirməyəcək. Amma elə qadınlar var ki, ancaq yaşı barədə düşünür və bu da asosiyallığa gətirib çıxardır. Bundan əlavə qadının hansı cəmiyyətdə, hansı qrupda mövqe tutduğu önəmlidir. Hansı cəmiyyətdə ki, qadının yaşı tənqid olunur həmin qadında təbii ki, yaşına görə kompleks formalaşacaq. Ümumiyyətlə qadınlar hər zaman düşünməlidirlər ki, mən hər yaşda gözələm və cəmiyyətdə mənim mövqeyimi yaşım yox gördüyüm işlər göstəməlidir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə